Tarix : 2015 Dec 19
Kod 47283

İraqdan Səudiyyənin qurduğu koalisiyaya sərt reaksiya

Heydər Əl-İbadi Səudiyyənin qurduğu koalisiyaya sərt reaksiya verdi
Arannews- İraq baş naziri Heydər Əl-İbadi Səudiyyə Ərəbistanının həftənin əvvəlində açıqladığı və 34 ölkəni özündə birləşdirən "Terrora qarşı İslam birliyi" adlı hərbi koalisiyaya reaksiya verib.
Bu məlumat İraq Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Heydər Əl-İbadi koalisiyanın onlar üçün sürpriz olduğu və bu barədə onlarla məsləhətləşilmədiyini bildirib: "Buradakı əsas səhv koalisiya elan edildikdən sonra bizə məlumat verilməsi olub", - deyə mətbuat xidməti bildirib.
baş nazir daha sonra açıqlamasını bu cür davam edib: "İraq İŞİD-lə quruda vuruşur. İraqın kənarda saxlanıldığı və Suriya ilə əməkdaşlıq edilmədiyi bir terrora qarşı koalisiya necə formalaşdırıla bilər ki? Biz İŞİD-lə həqiqi mübarizə planı və İraqa terrorla mübarizəsində real dəstək verməyən bu ölkələrdən real dəstək istəyirik".


  • Yazılıb
  • da (də) 2015 Dec 19
  • Göndərən مدير سايت Aran News