Tarix : 2015 Dec 19
Kod 47284

Suriya xalqının özü ölkənin gələcəyini müəyyənləşdirəcək

BMT Təhlükəsizlik Şurasınin yeni qətnaməsi əsasinda Suriya hökuməti və müxalifət qüvvələri arasında dialoqun başlanmasından sonra nəzərdə tutulan atəşkəs rejiminin tətbiqi dəstəklənir.
Arannews- BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriya münaqişənin sülh yolu ilə nizamlanması üzrə planı təsdiqləyib.
qətnaməyə əsasən BMT baş katibi yaxın müddət ərzində münaqişə tərəflərini Cenevrə kommünikesi və beynəlxalq “Suriyaya dəstək qrupu"nun qərarları əsasında danışıqlar masasına dəvət etməlidir.
 Qətnamədə Suriya hökuməti və müxalifət qüvvələri arasında dialoqun başlanmasından sonra nəzərdə tutulan atəşkəs rejiminin tətbiqi dəstəklənir. Qətnaməyə əsasən, yaxın altı ay ərzində Suriyada keçid hökuməti yaradılmalı, 18 aydan gec olmayaraq yeni Konstitusiyaya uyğun olaraq ölkədə azad və ədalətli seçkilər keçirilməlidir. Sənəddə qeyd olunur ki, seçkilərə diaspora nümayəndələri daxil olmaqla, bütün suriyalılar qatılmalıdır.
 Qətnamədə  vurğulanır ki, “Suriya xalqının özü ölkənin gələcəyini  müəyyənləşdirəcək”.


  • Yazılıb
  • da (də) 2015 Dec 19
  • Göndərən مدير سايت Aran News