Təbrizin vilayətçi əhalisi Azərbaycan və Nigeriya şiələrinə dəstəklərini bildirmək üçün cümə namazında iştrak etdikdən sonra əzəmətli yürüş keçiriblər.
AranNews- Cümə günü Təbriz əhalisi bütün dünya şiələrinə, xüsusilə də Nigeriya və Azərbaycan şiələrinə dəstək olduqlarını bildirmək üçün Təbrizin İmam Xomeyni (ə) əzəm müsəllasının qarşısından Saat meydanına tərəf əzəmətli yürüş keçirib.
Təbriz əhalisi Nigeriya ordusunun şiələri qətliam etməsini və Şeyx İbrahim Zəkzəkinin evinə hücumunu məhkum edərək, ölkənin diplomatik aparatlarından təkfirçi vəhabilərin bu böyük cinayətinin qarşısını almaq üçün hərəkətə keçməsini istəyib.
Azərbaycanın həmişə ayıq əhalisi bu yürüşdə Amerika və sionistlər əleyhinə şüarlar səsləndirib, cinayətkar və bəşəriyətin qatillərinin hamisi olan ölkələrə qarşı nifrət və hiddətlərini bildirib, Amerika imperialist dövlətinin çirkin və məkirli çöhrəsinin dünyada qırğın və cinayətləri himayə etməsini məhkum edib.
Etiraz yürüşündə iştirak edənlər həmçinin, vəhabi və sələfilərə qarşı şüarlar səsləndirib, şiələrə qarşı cinayətlərdə vəhabilik hərəkatının, əsasən də Ali-Səudun əli olmasını bildirərək, xəbis vəhabilərin cinayətlərini pisləyiblər.
Yürüşdə "Ali-Səuda ölüm" şüarları səsləndirilib ki, Ərəbistanın vəhabi Səudiyyə dövlətinin müsəlmanları, xüsusilə də şiələri öldürməkdə cinayətkar və bulaşmış əli hamıya aşkar olsun və hamı bilsin ki, Səudiyyə dövləti dünya imperializminin sarayının xidmətçisidir.
Yürüş iştirakçıları həmçinin Azərbaycan dövlətinin Nardaran şiələrini öldürməsini məhkum edib, bu cinayətlərdə vəhabilərin əli olduğunu bildirərək, onların cinayətlərinə qarşı öz nifrətlərini elan ediblər və Azərbaycan dövlətindən istəyiblər ki, özünü xəbis vəhabilik bəndinə salmasın.
Təbriz əhalisi "Nardaran şiələri bizdən salam olsun sizə" şüarları səsləndirərək, Nardaran əhalisinə dəstək olduqlarını bildiriblər.
Etiraz yürüşündə iştirak edənlər sonda bəyanat verərək, şiələrə qarşı törətdikləri cinayətlərə görə Amerika dövlətini və Ali-Səud rejimini məhkum edib, faciəni araşdırmaq və izləmək üçün diplomatik aparatların aktiv hərəkət etməsini isəyiblər.