Tarix : 2015 Dec 20
Kod 47291

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub + Foto

İsveçrə paytaxtında Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib.
AranNews- ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri dekabrın 19-da başa çatıb.
"Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib".
Bu fikirlər isə iki ölkə prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.
Bəyanatda bildirilir ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər.
"Prezidentlər həmsədrləin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirlməsini təsdqiləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər" - sənəddə bildirilir.
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə vasitəçilik etməyə hazır olduqlarını vurğulayıblar.






  • Yazılıb
  • da (də) 2015 Dec 20
  • Göndərən مدير سايت Aran News