Suriya ordusu qüvvələri Türkiyə sərhədi yaxınlığında İŞİD terror qruplaşmasının bir neçə önəmli bazasını ələ keçiriblər.
Arannews-Suriya ordusu qüvvələri Rusiya qırıcılarının dəstəyi ilə Türkiyə sərhədi yaxınlığında İŞİD terror qruplaşmasının bir neçə önəmli bazasını ələ keçiriblər.
suriyalı qüvvələr həmçinin Türkiyə sərhədi yaxınlığında Ətirə və Cəbəl əl-Əsvəd kəndlərini İŞİD terrorçularından təmizləyiblər.
Bu əməliyyatda çoxlu sayda terrorçu öldürülüb və bir qrupu da Türkiyəyə qaçıb.
Suriya ordusu İŞİD terror qruplaşmasının ünsürlərin və hərbi silah-sursatın daxil olması üçün istifadə etdiyi keçidi də ələ keçirib.
Suriyadan başqa bir məlumata görə, Suriya qüvvələri Laziqiyyənin Cəbəl əl-Əsvəd və Cəbəl əl-Kəbir məntəqəsində terror qruplaşmaları ilə ağır toqquşmadan sonra bu məntəqələri ələ keçiriblər.
Suriya İnsan Haqları Gözətçisi də bildirib: Suriya ordusunun Dəməşqin qərbində Yəfur məntəqəsi yaxınlığındakı yoxlama-keçid məntəqəsində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində bir neçə ordu qüvvəsi şəhid olub və yaralanıb.