Bəşər Cəfəri: "Hökumətimiz, milli razılaşma prosesinin həyata keçməsi məqsədilə silahlı birləşmələrin yerləşdiyi ərazilərdə hərbi əməliyyatları dayandırmağa hazırdır."
Arannews- Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Suriya hökumətinin milli razılaşma prosesi çərçivəsində hərbi əməliyyatları dayandırmağa hazır olduğunu açıqlayıb.Cəfəri BMT Təhlükəsizlik Şurasındakı Suriya səsverməsindən sonra, öz çıxışı zamanı bu açıqlamanı verib: "Hökumətimiz, milli razılaşma prosesinin həyata keçməsi məqsədilə silahlı birləşmələrin yerləşdiyi ərazilərdə hərbi əməliyyatları dayandırmağa hazırdır. Atəşkəsə, regionların normal həyatlarına, dövlət qurumları ilə dövlət xidmətlərinin də işinə qayıtmasını özünü birləşdirir. Yaraqlılar mülki statusları və əfv müqabilində tərksilah olmalıdırlar”.
Cəfəri daha sonra çıxışını bu cür davam edib: "Yerli razılaşma məsələsində uğurlu təcrübəmiz var, indi də bu cür razılaşmaları həyata keçiririk. Suriya hökuməti təhlükəsizlik və sabitliyi yenidən təmin etmək üçün bu cür tədbirləri genişləndirməyə çalışır. İŞİD, Nusra Cəbhəsi terror təşkilatlarına gəlincə, hökumət onlarla əlaqəyə girməyəcək və tamamilə yox edənə qədər onlarla mübarizəni davam etdirəcək".