İraqın təhlükəsizlik qüvvələri Fəllucə şəhərinin cənubunda 11 İŞİD terrorçusunu öldürüblər.
Arannews- İraqın əl-Ənbar vilayətində bir təhlükəsizlik rəsmisi Fəllucə şəhərinin cənubunda İŞİD terrorçularının hücumunun önlənilməsindən xəbər verib.
Bu təhlükəsizlik rəsmisi İŞİD terrorçuları ilə toqquşmada 11 terrorçunun məhv edildiyini bildirib.
Bu arada İraqın müdafiə naziri Xalid əl-Əbidi şənbə günü əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin tezliklə terrorçuların işğalından azad ediləcəyini bildirib.
Əl-Əbidi əlavə edib: Əl-Ənbar vilayətinin 40%-i İŞİD terrorçularının işğalı altındadır. Amma, İraqın təhlükəsizlik qüvvələri indiyə kimi İŞİD terrorçularının işğalı altında olan ərazilərin 23%-ni azad etməyə nail olublar. Yerdə qalan ərazilər də tezliklə azad ediləcək.