Aksiyada Nigeriya Əhlibeyt tərəfdarlarının lideri Şeyx Zəkzaki və tərəfdarlarına qarşı soyqırım hücumları sərt tənqid edilib və Nigeriya rejimi əleyhinə şüarlar səsləndirilib.
Arannews- İstanbulun Halkalı bölgəsi Zeynəbiyə məhəlləsində etiraz aksiyası keçirilib.Aksiya Nigeriya rejiminin Əhlibeyt tərəfdarlarına qarşı qətliamına etiraz olaraq keçirilib.
Aksiyada Nigeriya Əhlibeyt tərəfdarlarının lideri Şeyx Zəkzaki və tərəfdarlarına qarşı soyqırım hücumları sərt tənqid edilib və Nigeriya rejimi əleyhinə şüarlar səsləndirilib.
Mitinq təşkilatçılarının adından oxunan bəyanatda dünyada baş verən son proseslər qeyd olunub, baş verən anti-şiə proseslərin məhz bu cütlük tərəfindən idarə olunduğu önə çəkilib. Bəyanatda Türkiyənin hakim partiyasının İsraillə yaxınlaşması da, tənqid edilərək anti İsrail şüarlar səsləndirilib.
Aksiyanın sonunda İsrail və ABŞ bayrağları yandırılıb.