Tarix : 2015 Dec 21
Kod 47306

Bəhreyndə təhlükəsizlik qüvvələri öz vətəndaşlarınin evlərinə yürüş ediblər

Ali-Xəlifə rejimi isə Ərəbistan ordusu və muzdlu qüvvələrin dəstəyi ilə Bəhreyn xalqını repressiya etməyə, xalq etirazlarını boğmağa çalışır.
Arannews- Bəhreyndə təhlükəsizlik qüvvələrinin Kərzəkan və Malikiyyə şəhərlərində vətəndaşların evlərinə basqın etmələri zamanı 6 nəfər saxlanılıb.
"Manama Post" qəzeti yazır: Bəhreyn Daxili İşlər Nazirliyinin qüvvələri bazar günü Kərzəkan şəhərində vətəndaşların evlərinə basqın edərək, 5 nəfəri həbs ediblər.
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri həmçinin, Malikiyyə şəhərində bir nəfəri həbs ediblər.
Şənbə günü də Ali-Xəlifə rejiminə bağlı qüvvələr Sar şəhərinə hücum edərək, Lui Raşid Mütəhhəri həbs ediblər.
Bəhreyn 2011-ci ildən bəri hakim rejiməleyhinə xalq etirazlarının şahididir.
Ali-Xəlifə rejimi isə Ərəbistan ordusu və muzdlu qüvvələrin dəstəyi ilə Bəhreyn xalqını repressiya etməyə, xalq etirazlarını boğmağa çalışır.


  • Yazılıb
  • da (də) 2015 Dec 21
  • Göndərən مدير سايت Aran News