Tarix : 2015 Dec 21
Kod 47307

Türkiyə hökümətilə sionist rejimi arasında yaxınlaşma prosesi sürətlə irəliləyir

Türkiyənin hakim partiyasının sözcüsü: "Şübhəsiz İsrail dövləti və xalqı Türkiyənin dostudur"
Arannews- AKP hökümətilə sionist rejimi arasında yaxınlaşma prosesi sürətlə irəliləyir. 
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) sözcüsü sionist rejimilə əlaqələrlə bağlı dostluq mesajı verib.
AKP sözcüsü Ömər Çelik İsrail rejimilə qəti razılaşmanın olmadığını önə çəkərək deyib: "Qəti razılaşma yoxdur, lakin bu məsələ üzərində işləyirik. Şübhəsiz İsrail dövləti və xalqı Türkiyənin dostudur. Bizim bu günə qədər etdiyimiz tənqidlər İsrail hökümətinin həddindən artıq radikal davranışlarına, yəni qanuni hesab etmədiyimiz davranışlarına görə idi."
Ömər Çelik İsrail üçün irəli sürdükləri şərtlərdən yalnız birinin yerinə yetiridiyini qeyd edib.
"Üzr istənilməsi, təzminat və Qəzzaya qarşı həyata keçirilən embarqonun ləğv edilməsi - bizim şərtlərimiz idi. Birinci şərtimiz yerinə yetirildi, digər ikisi isə reallaşmayıb. Türkiyənin tələb etdiyi bu üç şərtin yerinə yetirilməsi şərtilə, əlaqələrin normallaşması baş verə bilər. Hazırda razılığa gəlinən imzalanmış bir şey yoxdur. Bu üç şərtə əməl edilib edilməməsinə baxacağıq" - deyə AKP sözcüsü Ömər Çelik bildirib.


  • Yazılıb
  • da (də) 2015 Dec 21
  • Göndərən مدير سايت Aran News