Tarix : 2015 Dec 22
Kod 47314

Daha iki fələstinli gənc sionist hərbçilərin atəşləri nəticəsində yaralanıb

İşğal olunmuş ərazilərdə iki fələstinli yaralanıb. Digər tərəfdən, işğalçı qüvvələrin atəşləri nəticəsində bir qrup fələstinli bədən xəsarəti alıb.
Arannews- İki fələstinli sionist hərbçilərin hücumunda yaralanıbdır.
iki fələstinli gənc işğal olunmuş Fələstin ərazilərində sionist hərbçilərin atəşləri nəticəsində yaralanıb.
Digər tərəfdən, Nablus şəhərinin şərqindəki Beyt-Furik qəsəbəsində işğalçı qüvvələrin atəşləri nəticəsində bir qrup fələstinli bədən xəsarəti alıb.
Belə bir halda, bir fələstinli gənc işğal olunmuş Beytulmuqəddəsdə yerləşən Əbu-Qənim məntəqəsində sionist hərbçilər tərəfindən həbs olunub.
Həmçinin sionist hərbçilər Beytləhmdəki Əldəhişə düşərgəsinə basqın ediblər ki, bu məsələ sionist hərbçilərlə fələstinli gənclər arasında toqquşmaya gətirib çıxarıbdır.
Digər tərəfdən, sionist hərbçilər bir daha fələstinli əkinçilərə hücum edərək, fələstinli müqavimət qrupları ilə atəşkəs razılaşmasını pozublar.
Hələ bu hücumun insan tələfatı və maliyyə xəsarətlərinin miqdarı barədə məlumat yayılmayıbdır.
Həmçinin Qəzzə zolağının mərkəzində yerləşən Əlbric düşərgəsinin sakini olan bir qrup fələstinli gənc sionist rejimin Qüds intifazəsinə qarşı repressiyalarına etiraz olaraq, aksiya keçirib.


  • Yazılıb
  • da (də) 2015 Dec 22
  • Göndərən مدير سايت Aran News