İranın iqtisadiyyat və maliyyə naziri İran və Azərbaycan Respublikasının iqtisadi və bank əlaqələrinin genişləndirilməsini müsbət qarşılayıb.
AranNews-ın Səhər Beynəlxalq Televiziyasına istinadla verdiyi məlumata görə, İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və onu müşayiət edən heyətlə görüşdə deyib: İran hazırkı əlaqələr və addımların sürətini artırmaqda maraqlıdır və tezliklə bu müzakirələrin nəticələri icra olunmalıdır.
İranın iqtisadiyyat və maliyyə naziri əlavə edib: Ticarət əlaqələrini genişləndirmək üçün nəqliyyat, əsasən də dəmiryol nəqliyyatı və quru nəqliyyatı inkişaf etməlid və bu sahədə İranın dəmiryol şəbəkəsinin tezliklə Azərbaycan Respublikası dəmiryol şəbəkəsinə birləşdirilməsində maraqlıyıq.
İranın iqtisadiyyat və maliyyə nazirinin sözlərinə görə, İran və Azərbaycan Respublikasının gömrük və ticarət əlaqələrinin genişlənməsi üçüncü ölkələrə, o cümlədən Rusiya və Gürcüstana müsbət təsirlər göstərəcək və bu sahədə ciddi addımlar atılmalıdır.
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri də bu görüşdə deyib: İran və 5+1 qrupu ölkələri arasında nüvə anlaşmasını nəzərə alaraq iqtisdi və ticarət əlaqələri, xüsusilə də bank əməkdaşlıqlarının genişləndirilməsinə şərait yaranıb.