dekabrın əvvəllərində saxlanılaraq 12 sutka inzibati cəza alan hacı Nuhbala Əliyev Kürdəxanı təcridxanasına göndərilib.
AranNews- bu il noyabrın 26-da Nardaranda baş verən silahlı insidentdə yaralananların yanına yaxınları da daxil olmaqla heç kəs buraxılmayib. Digər tərəfdən, yaralıların yanına heç kəs buraxılmadığı üçün xəstəxanada yaralı qalıb- qalmadığını da bilmirik.
Nardaranda axtarışlar və sakinlərin saxlanmasıl davam edir. Kəndə elektrik enerjisi verilib lakin pulsuzluq səbəbindən sakinlər bu enerjidən istifadə edə bilmir. Hər 10 evdən 2-3-də işıq yanır, ya yanmır, pul yoxdur ki, karta elektrik enerjisi yükləmək mümkün olsun.
Kəndə qaz verilməsinə gəlincə, kəndin bəzi yerlərinə qaz verilsə də təzyiq olmaması səbəbindən çox zəif yanir, sakinlər yenə də qaz balonları almağ məcburiyətindədilər.
Yolların genişləndirilməsi prosesi və kənddə polis bölməsi binasının inşası davam edir.
Yolların genişləndirilməsi evlərin, həyətyanı sahələrin sökülməsinə səbəb olacağ. hökumət kompensasiya da nəzərdə tutub. Belə ki, Sökülə biləcək evin hər kv.metrinə 400 manat, həyətyanı sahənin hər sotuna isə 1500 manat ödənməsi nəzərdə tutulur. Sakinlər ödənilməsi nəzərdə tuutlan kompensasiyaların azlığından narazıdır.