Sözsüz, milli şair Məhəmməd Hüseyn Şəhriyar İranın və İranla ortaq din, mədəniyyət və tarixə malik olan Qafqaz, Orta Asiya və bir sıra qonşu ölkələrinin mədəniyyət və ədəbiyyat tarixində iz qoyan və unudulmayan şairlərdəndir.
Şərqin çeşməsi və Günəşin ocağı
Rəsul Zahidi
AranNews- Şəhriyar haqqında indiyə kimi İranda və xaricdə, o cümlədən Tacikistan, Azərbaycan, Türkiyə və Əfqanıstanda bir çox kitablar yazılmışdır. Bu yazılan kitablar barədə onu demək olar ki, onların çoxunda yazıçılar və ya mədəniyyət qurumları Ustad Şəhriyarın şəxsyyət və təfəkkürünü özlərinin mədəni və siyasi meyillərinə uyğun olaraq işıqlandırılmağa cəhd edir. Qeyd edilən mövzu bir qədər təbbi görünür. Amma unutmaq olmaz ki, milli bir şəxsiyyəti xüsusi səliqə və meylə uyğyn tanıtmaq onun milli çöhrə şəxsiyyətinin təhrifinə yol aça bilər. Bu da İran əbəbiyyat və mədəniyyəti üçün çox ziyanlıdır.
Göründüyü kimi Tacikistan və Əfqanıstanda şairin ən çox gənclik çağlarında yazdığı sevgi qəzəllərinə diqqət yetirilib. Yaxud Azərbaycan Respbulikası və Türkiyədə yazılmış kitabların çoxunda İran milli şairini bir millətə həsr etmiş və milliyətçi şair kimi tanıtmağa cəhd etmişlər. Hamısından pisi isə budur ki, Bakıda çap edilmiş kitablarda Ustad Şəhriyarın şerlərinin bəzisi təhrif edilmiş və onun bəzi sözləri kitabı nəşr edənlərin siyasi və mədəni səliqəsinə uyğun olaraq dəyişdirilmişdir. Buna nümunə olaraq "Səhəndiyyə" şerində məşhur olan misra: "Mən Əli oğluyam, azadələrin mərdi muradı", Baklda çap olunmuş kitablarda "Mən elin oğluyam" kimi verilmişdir! Aydındır ki, təhrifçilər zahirdə kiçik saxtakalıqla özünü "Əlinin (ə) oğlu" kimi tanıdan şairi "elin, tayfanın oğlu" kimi qələmə verməyə çalışırlar!
Bu qısa girişlə bir önəmli mövzuya təkid edirik və o da budur ki, İranın milli şairinin şəxsiyyətini və təfəkkürünü düzgün tanıtmağın – istər İranda olsun, istərsə də digər ölkələrdə – böyük əhəmiyyəti vardır. Bu məqsədə uyğun olaraq nəzərə çarpan, planlı və təsirli iş görülməsə, Qafqazda, Türkiyədə, Tacikistanda və s. ölkələrdə tanınan Şəhriyar, öz həqiqi şəxsiyyətindən və həmvətənlilərinin tanıdığı Şəhriyardan fərqli tanıdılacaq. Planlı və təsirli sözlərinin vurğulanması ona görədir ki, İranın milli şairinin adına çox möhtəşəm konfranslar təşkil edilir, amma Ustad Şəhriyarı olduğu kimi tanıtmaq əvəzinə xırda və konfransın təşəbbüsçülərinin siyasi zövqünə uyğun məsələlər önə çəkilir. Yaxud digər ölkələrdə Şəhriyarın şer və şəxsiyyətini təhrif etməkdə əli olan şəxsləri qonaq kimi konfransa dəvət edirlər və onlar da İranda öz təhriflərini məqalə və çıxış çərçivəsində yayırlar.
"Şəhriyar, İslam İnqilabı və Qafqaz" kitabında müəllif Ustad Şəhriyarı olduğu kimi tanıtmağa çalışmışdır. Ona görə də bu kitab şəhriyarşünaslıq sahəsinin çox dəyərli kitablarından sayılır.
Kitabın digər üstünlüyü Ustad Şəhriyarın Qafqaz mövzusunda şəxsiyyəti, şeri və həyatından söhbət açılır və kitabın bir fəsli Ustadın qafqazlı şairlərlə məktublaşmasının araşdırılmasına həsr edilir.
"Şəhriyar, İslam İnqilabı və Qafqaz" kitabının müəllifi ustad Calal Məhəmmədi tanınmış müasir şair və yazıçılardandır. O, Ustad Şəhriyarın həyatda olduğu zamanlarda şairələ münasibəti olmuş və daim əlaqə saxlamışdır. Digər tərəfdən də Qafqaz mövzusunda geniş mədəni araşdırmaları olmuşdur və bu sahədə çoxlu məqalələr yazmışdır. Başqa sözlə, bu kitabı yazmağa layiqli şəxsiyyətlərdəndir.
Müəllifin digər tərəfdən də Ustad Şəhriyarın özü, şerləri, şəxsiyyəti və təfəkkürü ilə dərindən tanışlığı, həm də uzun illər Qafqaz regionunda, əsasən də Qafqazın müsəlmanlar yaşayan bölgələrində mədəni fəaliyyətlərlə məşğul olması, o məntəqənin şair və yazıçıları, mədəni və siyasi mühiti, ədəbiyyat və mətbuat işləri ilə tanış olması, ona bu dəyərli kitabı şəhriyarşünaslıqla maraqlananlara və ədəbiyyat camiəsinə təqdim etməyə imkan vermişdir.
Üstəlik, müəllif 80-cı illərdə Azərbaycan və Cənibi Qafqaz şairləri, yazıçıları, jurnalistləri arasında mədəni körpü yaratmağa geniş cəhd göstərmişdir. Azərbaycanın şair və yazıçı heyətlərinin Bakı, Naxçıvan, Tiflis, Gəncə və s. şəhərlərinə səfərini də bu proqramların çərçivəsində görmək olar. Bu fəaliyyətlər sırasında kitab nəşri, Cənubi Qafqazla münasibətlərin genişlənməsi üçün mətbuat xəbərləri, iranlıları, əsasən də mətbuat əməkdaşları Qafqazın mədəni və siyasi durumu barədə daha artıq bilgiləndirmək də önəmli yer tutur.
"Şəhriyar, İslam İnqilabı və Qafqaz" kitabı 7 fəsildə, 302 səhifədə toplanmışdır. Birinci fəsil "Şəhriyarın, həyatına, şer və təfəkkürünə baxış" adlanır. Bu fəsildə "Şəhriyar və Əhli-beyt (ə)", "İran və Şəhriyar", "Şəhriyarın nəsri" və s. kimi mövzular müəllif tərəfindən oxuculara təqdim olunur.
"Şəhriyar və İslam İnqilabı" kitabın digər bir fəslidir. Bu fəsildə Ustad Şəhriyarın fars və azəricə şerlərinə, çoxlu qaynaqlara, Ustad Mehrdad Usta, Ayətullah Mələkuti kimi böyük şəxsiyyətlərin kəlamlarına, müxtəlif kitablara, hətta Tahiri Xosrovşahi kimi gənc tədqiqatçıların işıq üzü görməmiş kitablarına istinad edilərək, şairin İslam İnqilabına baxışı, onun inqilab və müqəddəs müdafiə şerinin çiçəklənməsi və genişlənməsində əvəzedilməz rolu araşdırılmış və izah olunmuşdur.
Kitabın fəsillərindən biri də "Ustad Şəhriyarın dini və inqilabi şerlərindən seçmələrə" həsr edilmişdir. "Salam ey cəngcuyani dilavər, Nəhəngani be xak-o-xun şenavər", beyti ilə başlayan şer kimi müharibə dövründə xalq arasında dillər əzbərinə çevrilmiş, dəfələrlə mətbuat və dəsrlik kitabında yerləşdirilmiş şerlər bu fəsildə verilmişdir.
Ustad Şəhriyarın inqilab və vətənpərvərlik ruhunda söylədiyi şerlərə diqqət etdikdə onun dərin siyasi görüşü olması aydın olur. Məsələn "Ərki Təbriz" məsnəvisində Ustad Şəhriyarın bir neçə məsələyə düzgün və dəqiq baxışını başa düşmək olar. Birincisi, Ərk binasını məscid adlandırır və bunun yanında İslamın hərbi qalası və postu da var. Şair şirin və gözəl bəyanı ilə səngər və minbərin bir-birinin yanında olmasından söz açır. Sonra şair Şah İsmayıl Səfəvinin Peyğəmbər (s) nəslindən və seyid olmasını vurğulayır, səfəviləri nübüvvət çırağının nurları kimi tanıdır. Şairin bu təkidi o vaxt məna tapır ki, biz İran, Qafqaz və Türkiyədə bəzi tarixçi və təhqiqatçıların öz səliqə və siyasi məqsədlərinə xatir Səfəvi sülaləsinin Rəsuli-əkrəmə (ə) nisbətini danmağa çalışımasını və Səfəvilər dövründə İranın şiə və dini hökumətinə milliyyətçi donu geindirməyə cəhd etmələrini bilək.
Ustad "Ərk" məsnəvisinin digər beytlərində Böyük İranı bölüşməsinə ingilis, rus və osmanlı türklərinin rolunu xatırladır və Azərbaycana "Azərbadqan" deyir. Şerin davamında Məşrutə inqilabını Rzaxanın zülmündən çıxmış fitnə və afət adlandırır. Halbuki, bəzi siyasətçilər də mədəniyyət adamları qərbyönümlü və saray tarixçiliərinə tabe olaraq, Məşrutəni böyük nailiyyət kimi tanıtmağa çalışırlar. Hələ də ona konfranslar təşkil edirlər. Amma söz ustadı Şəhriyar öz siyasi baxışı ilə Məşrutəni aciz və xəstələnmiş təzə gəlinə bənzədir. Bunun da mənası odur ki, onun əvvəli yaxşı idi, sonu siə müsibət oldu. Başqa sözlə, öz yolundan sapınmış bir inqilab oldu və (şəriət qanunlarına əsaslanmalı olan) Məşrutə, sekülar, qərbyönümlü, monarxiya və diktatorçu oldu.
"Heydər babaya salam və Qafqaz şairlərinin Ustad Şəhriyarla məktublaşması" kitabın əsas fəsillərindəndir. Bu fəsildə kommunist hakimiyyəti dairəsində yaşayan Qafqaz şairlərnin Ustad Şəhriyara müraciətləri, məktubların məzmunu və məqsədi, Şəhriyarın bu siyasi-ədəbi hərəkətə cavabı, Bakıda Şəhriyarın şerlərinin təhrif olunması məsələsi araşdırılmışdır və kitabın ən oxumalı fəsli hesab olunur.
"Qafqaz; Rus-İran müharibələri və şairin baxışı" fəslində bəzi şairlərin, o cümldən Mirza Əbulqasim Fərahani, Molla Mehrəli Xoyi, Əbdürrəhman Gənceyi və Ustad Şəhriyarın Qafqazı İrandan ayıran Gülüstan və Türkmənçay rüsvayçı müqavilələri, İrana qarşı müharibələr, Qafqazın İrandan ayrılmıması mövzularına baxışlarından söz açılır.
Kitabın son fəsli olan "İran və Qafqaz şairlərinin həmfikirliyi" hissəsi Ustad Şəhriyarın Qafqaz əyalətlərinin İranın düşmənləri ilə müharibələri barədəki şerləri ilə başlayır. Kitabın 130 səhifəsini özünə həsr edən bu fəsildə İran və Qafqazın müasir şairlərinin Qafqazın İrandan ayrılması mövzusunda qələmə aldığı şerlər toplanmışdır.
Müstəqil kitab kimi nəşr olmağa qabliyyəti olan son fəsil İranın müasir ədəbiyyatında, xüsusilə də Azərbaycanın müasir şer və ədəbiyyatında böyük əhəmiyyət kəsb edir.
İranın şer və ədəbiyyat tarixində İran və Qafqazın müasir şairlərinin Qafqaz barədə yazdığı şerləri məhz burada toplandığından kitabın, xüsusən də onun bu fəslinin əhəmiyyəti daha da aydınlaşır. Ona görə də ümid edirik ki, ustad Məhəmmədi kitabın bu fəslini ayrıca nəşr edəcəkdir.
Sözü gedən fəslin digər özəlliyi odur ki, burada toplanmış şerlər fars və azəri dillərindədir və onların çoxu İran azərbaycanlılarının şerləridir. Bu, hələ də İranın azərbaycanlı şairlərinin Qafqazın İrandan ayrılmasına şer yazmaları və ayrlıq yarasının sağalmaması deməkdir.
Kitabın İran ədəbiyyatında yeni, önəmli mövzulu, zəngin məzmunlu olmasına baxmayaraq, müqəddimə və mündəricatı yoxdur, bəzən imla səhvləri də gözə dəyir. Bu məsələ kitabın dəyər və əhəmiyyətini azaltmasa da ümid edirik ki, növbəti çaplarda qeyd edilən məsələlərə düzəliş ediləcək və kitabın cildinin dizaynı naşirin diqqətində olacaq.
"Şəhriyar, İslam İnqilabı və Qafqaz" kitabı "Hadi" nəşriyyatı tərəfindən 2000 tirajla çapdan çıxmışdır və kitab satış qiyməti 9500 tüməndir.
Kitab, İranın milli şairi Ustad Şəhriyarın müxtəlif sahələrdə təfəkkürünün, şer və şəxsiyyətinin tanınması, İranın, xüsusilə də Azərbaycanın müasir şerində Qafqazın ayrılmasına münasibəti bilmək üçün çox dəyərli addım sayılır. Üstəlik, Qafqaz mövzusu ilə Ustad Şəhriyarla bağlı çap edilən ilk kitabdır. Şübhəsiz, kitaba belə bir önəmli mövzuda son kitab demək da olmaz. Ümud edirik ki, bundan sonra da tədqiqatçıların diqqətində olacaqdır.