Səudiyyə və müttəfiqləri idxal etdiyi silahlarla Yəməndə mülki vətəndaşları qətlə yetirir.
Arannews- Hüquq müdafiə təşkilatı Amnesty International Səudiyyəyə hərbi texnikanın ixrac edilməsinin dərhal dayandırılmasını çağırıb.
sözügedən təşkilatdan qeyd ediblər ki, Səudiyyə və müttəfiqləri idxal etdiyi silahlarla Yəməndə mülki vətəndaşları qətlə yetirir.
"Səudiyyənin endirdiyi aviazərbələr nəticəsində xəstəxanalar, məktəblər və yaşayış evləri dağıdılır. Səudiyyə idxal etdiyi silahlarla bəşəriyyətə qarşı dəhşətli cinayətlər törədir", - deyə Amnesty International təşkilatından bildiriblər.