Tarix : 2015 Dec 23
Kod 47329

Fələstin Səhiyyə Nazirliyi Misir rəhbərliyindən Rəfah sərhəd məntəqəsinin açılmasını istəyib

Fələstin Səhiyyə Nazirliyi Misir rəhbərliyindən xaricdə müalicə almalı olan xəstələrin keçidini asanlaşdırmaq üçün Rəfah sərhəd məntəqəsinin açılmasını istəyib.
Arannews- Fələstin Səhiyyə Nazirliyi Misir rəhbərliyindən xaricdə müalicə almalı olan xəstələrin keçidini asanlaşdırmaq üçün Rəfah sərhəd məntəqəsinin açılmasını istəyib.
Rəfah sərhəd məntəqəsi qarşısında keçirilən aksiyada çıxış edən Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra müalicə üçün təcili xaricə çıxmalı xəstələrin sayının 4 minə çatdığını deyib.
Kudra Rəfah sərhəd məntəqəsinin bağlı olması və təxminən 9 ildir davam edən blokadanın səhiyyə sektorunu mənfi təsir etdiyini bildirib: "Dərman çatışmazlığı ilə üzləşmişik.
Böyrək, qan, şiş və xroniki xəstəliklər üçün ayrılan 30 faizlik ehtiyat tükənib. Xəstələrimiz müalicə almaları və ya Qəzzada edilməyən əməliyyatlar üçün Qəzzadan Misirə göndəririk. Ancaq hazırda Rəfah sərhəd məntəqəsindən keçə biləcəklərinə ümidsizik".


  • Yazılıb
  • da (də) 2015 Dec 23
  • Göndərən مدير سايت Aran News