Tarix : 2008 May 18
Kod 4733

Hakimiyyətin Xalqa xəyanəti

Uzun il­lər­dir dün­ya­nın ən qay­nar nöq­tə­si­nə çev­ri­lən Ya­xın Şərqdə gər­gin ic­ti­mai-si­ya­si və­ziy­yət, mü­ha­ri­bə alo­vu sən­gi­mək bil­mir
Azerbaijan Servisi /Aran Agentliyi
Ha­cı Na­miq Ba­ba­xan: "Qərbpə­rəst hö­ku­mət və­tən­daş mü­ha­ri­bə­si adı al­tın­da "Hiz­bul­lah" təş­ki­la­tı­nı tər­ki­si­lah edib, iş­ğal­çı İs­ra­il re­ji­mi qar­şı­sın­da aciz­ləş­dir­mə­yə ça­lı­şır"
   
    Uzun il­lər­dir dün­ya­nın ən qay­nar nöq­tə­si­nə çev­ri­lən Ya­xın Şərqdə gər­gin ic­ti­mai-si­ya­si və­ziy­yət, mü­ha­ri­bə alo­vu sən­gi­mək bil­mir. Böl­gə­də cə­rə­yan edən möv­cud si­tu­a­si­ya­da da­ha çox xa­ri­ci fak­to­run rol oy­na­dı­ğı ar­tıq çox­la­rı­nın di­lin­dən səs­lə­nir. Ya­xın Şərq öl­kə­si olan Li­van­da­kı son ha­di­sə­lər isə san­ki Fə­ləs­tin­də­ki du­ru­mu xa­tır­la­dır. Be­lə ki, Li­van xal­qı­nın dəs­tə­yi­ni, eti­ma­dı­nı qa­za­nan "Hiz­bul­lah" təş­ki­la­tı qərbyö­nüm­lü Fu­ad Si­ni­o­ra ha­ki­miy­yə­ti­nin le­gi­tim­li­yi­ni ta­nı­ma­dı­ğı­na və pre­zi­dent seç­ki­lə­ri­ni boy­kot et­di­yi­nə gö­rə hö­ku­mət qüv­və­lə­ri­nin si­lah­lı mü­qa­vi­mə­ti ilə üz-üzə qa­lıb. Ar­tıq bir çox da­i­rə­lər Li­van­da­kı olay­la­rın və­tən­daş sa­va­şı­na doğ­ru irə­li­lə­di­yi­ni bə­yan edir­lər. Əs­lin­də Li­van­da nə­lər baş ve­rir? Bu öl­kə­də­ki qar­şı­dur­ma­da İs­ra­il kəş­fiy­ya­tı­nın izi var­mı? Yə­ni Li­van­da və­tən­daş mü­ha­ri­bə­si tö­rət­mək­lə "Hiz­bul­lah"ı zə­if­lət­mək, nü­fuz­dan sal­maq kon­tur­la­rı gö­rü­nür­mü?
    Mə­sə­lə ilə bağ­lı bi­zim­lə fi­kir­lə­ri­ni bö­lü­şən Azər­bay­can Bir­lik Təş­ki­la­tı­nın səd­ri, "Bir­lik-press" qə­ze­ti­nin baş re­dak­to­ru Ha­cı Na­miq Ba­ba­xan Li­van­da­kı son ha­di­sə­lə­rin 2006-cı il­də baş ve­rən 33 gün­lük İs­ra­il-Li­van mü­ha­ri­bə­si­nin nə­ti­cə­lə­rin­dən qay­naq­lan­dı­ğı­nı bil­dir­di: "Ma­son si­o­nist re­ji­mi və onun ha­va­dar­la­rı Qərb və Ame­ri­ka da­i­rə­lə­ri müx­tə­lif din­lə­rə mən­sub olan və ne­çə-ne­çə mil­lət­lə­rin ya­şa­dı­ğı bir öl­kə­də İs­lam­yön­lü "Hiz­bul­lah" təş­ki­la­tı­nın iş­ğal­çı İs­ra­il or­du­su üzə­rin­də çox qı­sa müd­dət­də çal­dı­ğı qə­lə­bə­ni hə­lə də həzm edə bil­mir­lər. Məhz bu sə­bəb­dən Li­van­da müx­tə­lif va­si­tə­lər­lə və­tən­daş qar­şı­dur­ma­sı, iğ­ti­şaş­lar ya­rat­ma­ğa səy gös­tə­rir­lər. Əsas məq­səd isə Ame­ri­ka­meylli, elə­cə də si­o­nist re­ji­mi­nə lo­yal­lı­ğı ilə se­çi­lən F.Si­ni­o­ra hö­ku­mə­ti­nin əli ilə "Hiz­bul­lah"ı tər­ki­si­lah et­mək, böl­gə­də at oy­nat­maq üçün İs­ra­i­lə da­ha ge­niş şə­ra­it ya­rat­maq­dır. Çün­ki doğ­ru­dan da "Hiz­bul­lah" ma­son si­o­nist re­ji­mi üçün bir prob­le­mə çev­ri­lib".
    Bu­nun­la be­lə, N.Ba­ba­xan "Hiz­bul­lah"ın za­man-za­man Li­van xal­qı­nın ma­raq­la­rın­dan çı­xış et­di­yi­ni, öl­kə­də nor­mal, de­mok­ra­tik seç­ki mü­hi­ti­nin ya­ra­dıl­ma­sı uğ­run­da mü­ba­ri­zə apar­dı­ğı­nı diq­qə­tə çat­dır­dı: "Bu­nun qar­şı­lıq­lı ca­va­bı ola­raq bu təş­ki­lat da Li­van xal­qı tə­rə­fin­dən hə­mi­şə dəs­tək­lə­nir. Li­van ha­ki­miy­yə­ti ilə ya­na­şı, İs­ra­il və Ame­ri­ka da­i­rə­lə­ri bu təş­ki­la­tın gə­lə­cək­də ha­ki­miy­yə­tə yi­yə­lə­nə bi­lə­cə­yi­ni dü­şü­nür və bun­dan na­ra­hat olur­lar. Odur ki, Li­van xal­qı­nın ən çox rəğ­bət bəs­lə­di­yi, on­la­rın se­vim­li­si­nə çev­ril­di­yi "Hiz­bul­lah" təş­ki­la­tı­nı tər­ki­si­lah edib, iş­ğal­çı­la­rın qar­şı­sın­da aciz­ləş­dir­mə­yə ça­lı­şır­lar. Li­van hö­ku­mə­ti xa­ri­ci ağa­la­rı­nın ha­va­dar­lı­ğı ilə bü­tün dün­ya­ya bə­yan et­mə­yə ça­lı­şır ki, gu­ya "Hiz­bul­lah" əlin­də­ki si­lah­la öl­kə­də və­tən­daş mü­ha­ri­bə­si apar­dı­ğı­na gö­rə müt­ləq tər­ki­si­lah olun­ma­lı­dır".
    Ha­cı Na­mi­qin fik­rin­cə, "Hiz­bul­lah" rəh­bər­li­yi təş­ki­la­tın təx­ri­bat­la­ra cəlb olun­du­ğu­nu yax­şı an­la­yır və bu sə­bəb­dən məq­səd və möv­qe­lə­ri­nə uy­ğun hə­rə­kət edə­rək, öl­kə­də de­mok­ra­tik də­yər­lə­rin mü­da­fi­ə­si, və­tən­daş­la­rın təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sı is­ti­qa­mə­tin­də ad­dım­lar atır­lar: "Li­va­nın baş na­zi­ri, xal­qı­nın de­yil, Ame­ri­ka­nın ma­raq­la­rın­dan çı­xış edən F.Si­ni­o­ra isə na­şı si­ya­sət­çi ki­mi son bir ne­çə gün­də müx­tə­lif bə­ya­nat­lar səs­lən­di­rib. O, bir tə­rəf­dən is­te­fa ve­rə­cə­yi­ni, di­gər tə­rəf­dən or­du­nun "Hiz­bul­lah"ı məhv edə­cə­yi­ni söy­lə­yir. Ma­raq­lı­dır, əgər Li­van hər­bi qüv­və­lə­ri be­lə bir gü­cə ma­lik­dir­sə, nə üçün in­di­yə­dək İs­ra­i­lə qar­şı vu­ru­şub qa­lib gə­lə bil­mə­yib? Ye­ri gəl­miş­kən, Li­van or­du­su də­fə­lər­lə İs­ra­i­lə məğ­lub ol­du­ğu­na gö­rə öl­kə­də "Hiz­bul­lah" da da­xil ol­maq­la di­gər mü­qa­vi­mət təş­ki­lat­la­rı­na qa­nu­ni şə­kil­də si­lah­lan­ma­ğa ica­zə ve­ri­lib. Və 1980-ci il­dən bu­gü­nə­dək Li­van mü­ca­hid­lə­ri iş­ğal­çı or­du­ya cid­di mü­qa­vi­mət gös­tə­rib".
    Mü­sa­hi­bim he­sab edir ki, si­la­hı­nı heç vaxt qa­nun­suz iş­lət­mə­yən "Hiz­bul­lah" Li­van ha­ki­miy­yə­tin­dən fərqli ola­raq hə­mi­şə ağıl­lı, dü­şü­nül­müş si­ya­sət hə­ya­ta ke­çir­mək­lə bu­nu bü­tün dün­ya ic­ti­ma­iy­yə­ti­nə ki­fa­yət qə­dər sü­but edib: "Hə­min təş­ki­lat Li­van döv­lə­ti­ni, xal­qı­nı yal­nız tə­ca­vüz­kar İs­ra­il­dən de­yil, ey­ni vaxtda öl­kə da­xi­lin­də də mü­da­fiə edir, ha­ki­miy­yət­dən get­mək is­tə­mə­yən, de­mok­ra­tik seç­ki­lə­rin ke­çi­ril­mə­si­nə ən­gəl olan, və­tən­daş­la­rın seç­ki hü­quq­la­rı­nı tap­da­la­yan, sax­ta seç­ki­lər ke­çi­rən iq­ti­da­ra qar­şı hü­qu­qi müs­tə­vi­də mü­ba­ri­zə apa­rır. Am­ma qeyd et­di­yi­miz ki­mi, bu mü­ba­ri­zə­ni ha­ki­miy­yət qüv­və­lə­ri və on­la­rın ha­va­dar­la­rı və­tən­daş mü­ha­ri­bə­si­nə çe­vi­rib "Hiz­bul­lah"ı zər­bə al­tın­da qoy­ma­ğa səy gös­tə­rir­lər".
    Son­da Ha­cı Na­miq Ba­ba­xan "Hiz­bul­lah"ın döv­lə­tin və xal­qın ma­raq­la­rın­dan çı­xış et­di­yi­ni, həm­çi­nin de­mok­ra­tik seç­ki­lər na­mi­nə mü­ba­ri­zə apar­dı­ğı­nı dün­ya­nın an­la­şıq­lı qə­bul et­di­yi­ni di­lə gə­tir­di: "La­kin tə­əs­süf ki, Bir­ləş­miş Ştat­lar, İs­ra­il ki­mi iş­ğal­çı döv­lət­lər öz ma­raq­la­rın­dan çı­xış edə­rək, Li­van ha­ki­miy­yə­ti­ni dəs­tək­lə­yir­lər. Am­ma "Hiz­bul­lah"ın rəh­bə­ri Se­yid Hə­sən Nəs­rul­lah da öz növ­bə­sin­də bə­yan edir ki, İs­ra­il ki­mi ci­na­yət­kar re­jim hə­də­lə­rin­dən əl çək­mə­yin­cə, Li­van or­du­su iş­ğal­çı­la­ra ca­vab ver­mək gü­cün­də ol­ma­yın­ca, rəh­bər­lik et­di­yi təş­ki­lat heç vaxt si­la­hı ye­rə qoy­ma­ya­caq".
  • Yazılıb
  • da (də) 2008 May 18