Tarix : 2015 Dec 23
Kod 47330

Bəhreyndə Ali-Xəlifə rejiminə qarşi etirazlar dəvam edir

Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələri tərəfindən bəhreynli inqilabçıların kütləvi şəkildə həbslərinin ardınca, bu ölkənin müxtəlif bölgələrində aksiyalar keçirilib.
Arannews- Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin irimiyqaslı həbslərinə etiraz olaraq aksiya keçiriblər.
Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələri tərəfindən bəhreynli inqilabçıların kütləvi şəkildə həbslərinin ardınca, bu ölkənin müxtəlif bölgələrində aksiyalar keçirilib.
Bəhreyn vətəndaşları bu aksiyalarda inqilab rəhbərləri, məhbuslar, o cümlədən uşaqların dərhal azad edilmələrini vurğulayıblar.
Bu arada Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, 2011-ci ilin əvvəlindən indiyə qədər həbs olunan uşaqların sayı 2500 nəfərə çatıb. Bu uşaqlar təhsil haqqından da məhrum olunublar.
Bəhreyn İnsan Haqları Mərkəzi həmçinin bildirib: Qeyri-qanuni şəkildə qətlə yetirilən uşaqların sayı 15 nəfərə çatıb.
Bəhreyn 2011-ci il 14 fevraldan xalqın Ali-Xəlifə rejiminə qarşı qiyamının şahididir. Bəhreynlilər siyasi məhbusların azad edilməsi, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş quruluşun iqtidara gəlməsini tələb edirlər.


  • Yazılıb
  • da (də) 2015 Dec 23
  • Göndərən مدير سايت Aran News