BMT-nin xüsusi məruzəçisi bir müraciətdə Ali-Xəlifə rejimindən istəyib ki, siyasi müxaliflərin və narazı xalq kütləsinin repressiya edilməsini durdursun, demokratiya və azadlıq tələbi ilə sivil yolla mübarizə aparan insanların haqlı tələbləri qarşısında zorakılıqdan əl çəksin.
Arannews- BMT Bəhreyn hökumətinin siyasi müxaliflərinə qarşı həddindən artıq güc tətbiq etməsini tənqid edib.
BMT-nin xüsusi məruzəçisi Mayna Kyai bir müraciətdə Ali-Xəlifə rejimindən istəyib ki, siyasi müxaliflərin və narazı xalq kütləsinin repressiya edilməsini durdursun, demokratiya və azadlıq tələbi ilə sivil yolla mübarizə aparan insanların haqlı tələbləri qarşısında zorakılıqdan əl çəksin.
Kyai sivil etiraz aksiyalarında iştirakı hər bir toplumun danılmaz haqqı adlandırıb və deyib: bu kimi toplantıların keçirilməsi üçün icazə almağa ehtiyac yoxdur.
BMT-nin xüsusi məruzəçisi həmçinin, Bəhreyndə sivil etiraz aksiyalarında iştiraka görə həbs edilən insanların dərhal azad edilməsini istəyərək, Ali-Xəlifə rejimindən xalqın sivil etiraz aksiyalarında iştirakı ilə razılaşmalı olduğunu vurğulayıb.
Bəhreyn 2011-ci ilin fevralından hakim rejim əleyhinə xalq etirazlarının şahididir. Ali-Xəlifə rejimi isə xalqın azadlıq və demokratiya ilə bağlı tələblərini zorakılıq yolu ilə susdurmağa çalışır.