Ərəbistan qırıcıları Yəmənə olan hücumlarının davamında Yəməndə məktəbləri bombardman edirlər.
Arannews- Ərəbistan qırıcıları öz cinayətlərinin davamında Yəməndə məktəbləri bombardman edirlər.Ərəbistan qırıcıları Yəmənə olan hücumlarının davamında Sədə vilayətində yerləşən Səhar şəhərində "Əmmar ibn Yasir" adlı bir məktəbi bombardman ediblər.
Ərəbistan qırıcıları dünən də Yəmənin şimalında "əl-Mənazil" adlı bir məktəbi bombalamışdılar.
Həmçinin, Ərəbistan qırıcıları Sədə vilayətində Əmləh məntəqəsini bombardman edərək, 13 nəfəri şəhid ediblər.
Yəmən ordusu və xalq qüvvələri isə Ərəbistanın cinayətlərinə cavab olaraq, Ərəbistanın hərbi bazalarına raket zərbələri endiriblər. Bu hücum zamanı bir neçə təcavüzkar qüvvənin öldüyü bildirilir.