Tarix : 2015 Dec 24
Kod 47343

İraqın təhlükəsizlik qüvvələri çoxlu sayda İŞİD terrorçusu həbs ediblər

İraqın təhlükəsizlik qüvvələri bir bəyanat yayaraq, 40 İŞİD terrorçusunun həbs edildiyi əməliyyatların Məhkəmə Hakimiyyətinin Ali Şurası, Bağdad Əməliyyat Komandanlığı və Diyalə Əməliyyat Komandanlığının ahəngdarlığı ilə həyata keçirildiyini bildirib.
Arannews- İraqın təhlükəsizlik qüvvələri Bağdad və Diyalə vilayətində 40 İŞİD terrorçusunu həbs ediblər.
İraqın təhlükəsizlik qüvvələri bir bəyanat yayaraq, 40 İŞİD terrorçusunun həbs edildiyi əməliyyatların Məhkəmə Hakimiyyətinin Ali Şurası, Bağdad Əməliyyat Komandanlığı və Diyalə Əməliyyat Komandanlığının ahəngdarlığı ilə həyata keçirildiyini bildirib.
Bu məlumata görə, İraq təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı çoxlu sayda silah və hərbi sursat, habelə, bomba quraşdırılmış avtomobil, partlayıcı jiletlər və külli miqdarda nağd pul və bank ödəmələri qəbzləri aşkar edilib. Terrorçular bu pullar və bank ödəmələri yolu ilə öz əməliyyatlarını maliyyələşdirmək üçün istifadə edirmişlər.
Həmçinin bildirilir ki, terrorçular Bağdadda ağır itkilər ilə üzləşdikdən sonra işğal altında olan ərazilərdən dəstək almaq yolu ilə öz çirkin niyyətlərini gerçəkləşdirmək niyyətində olublar. Amma, İraqın təhlükəsizlik qüvvələrinin ayıqlığı nəticəsində onların bu cəhdi uğursuzluğa uğrayıb.

  • Yazılıb
  • da (də) 2015 Dec 24
  • Göndərən مدير سايت Aran News