İraq ordusunun Hərbi Hava Qüvvələrinin Mosulda İŞİD terror qruplaşmasının mövqelərinə hücumunda bu qruplaşmanın səhiyyə məsələləri üzrə başçısı öldürülüb.
Arannews-İŞİD terror qruplaşmasının səhiyyə məsələləri üzrə başçısı İraqın əl-Anbar vilayətinin Mosul şəhərində öldürülüb.
İraq ordusunun Hərbi Hava Qüvvələrinin Mosulda İŞİD terror qruplaşmasının mövqelərinə bugünkü hücumunda bu qruplaşmanın səhiyyə məsələləri üzrə başçısı Fəllah Həsən Əli əl-Səklavi öldürülüb.
Bu arada bildirilib ki, İŞİD terror qruplaşması əl-anbar vilayətinin Ər-Rəmadi şəhərində başçılarının göstərişlərindən boyun qaçırdıqlarına görə öz ünsürlərdən 50 nəfəri partlayıcı kəmərlər vasitəsi ilə edam edib.
Bu şəxslərin hamısı yenilərdə bu terror qruplaşmasına üzv olublarmış.
İraq parlamentində İnsan Haqları Komissiyasının üzvü Fazil əl-Qəravi də deyib: İŞİD terror qruplaşması mindən çox iraqlı uşağa təlim keçmək və onları qətl və terror aktları üsulları ilə tanış etmək üçün Mosulda düşərgələr yaradıb.
Bundan öncə də İŞİD terror qruplaşmasının uşaqlara terror aktları törətmək üzrə təlim keçmələri ilə əlaqədar onlardan faydalanması barəsində hesabatlar dərc olunmuşdur.