Tarix : 2015 Dec 26
Kod 47346

İŞİD terror qruplaşması gəlir əldə etmək məqsədilə əsirlərin orqanlarını kəsir və satır

İŞİD terror qruplaşması öz gəlirini artırmaq məqsədilə bəşəriyyətə qarşı qanunları tətbiq edir.
Arannews- İŞİD terror qruplaşması əsirləri cəzalandırmaq, eləcə də gəlir əldə etmək məqsədilə əsirlərin orqanlarını kəsir və satır.
Röyters İnformasiya Agentliyi bir sənədə istinad edərək İŞİD terror qruplaşması müftisinin əsirlərin bədən üzvlərinin kəsilməsi və satılması ilə əlaqədar fitvasından xəbər verib.
Bu sənədə əsasən İŞİD-in Fitva Heyəti bu terror qruplaşmasının əsirlərini kafir adlandıraraq iddia edib ki, kafirlərin yaşaması və onların bədən üzvləri dəyərsizdir və nəticədə onların bədən üzvlərinin kəsilməsi, hətta ölümlərinə belə səbəb olarsa, caizdir.
Bu sənədə əsasən İŞİD terror qruplaşması öz gəlirini artırmaq məqsədilə bəşəriyyətə qarşı qanunları tətbiq edir.
İraqın BMT-dəki nümayəndəsi Məhəmməd Əli əl-Hakim Təhlükəsizlik Şurasından İŞİD terror qruplaşmasının əsirlərinin bədən üzvlərinin qaçaqçılığı barədə araşdırma aparmasını istəyib.


  • Yazılıb
  • da (də) 2015 Dec 26
  • Göndərən مدير سايت Aran News