İraq Ordusu Müştərək Əməliyyat Qərargahının sözçüsü bildirib: İraq ordusu qüvvələrinin Fəllucənin cənubunda keçirdiyi əməliyyatda 54 terrorçu öldürülüb.
Arannews- İraq Ordusu Müştərək Əməliyyat Qərargahının sözçüsü bu ölknin qərbində onlarla terrorçunun öldürüldüyünü bildirib.Ordusu Müştərək Əməliyyat Qərargahının sözçüsü Səəd Məən bildirib: İraq ordusu qüvvələrinin Fəllucənin cənubunda keçirdiyi əməliyyatda 54 terrorçu öldürülüb.
Məən əlavə edib: İraq qüvvələri bu əməliyyatda terrorçuların 8 gizli məkanını məhv edib və Fəllucənin cənubunda 58 bombanı zərərsizləşdiriblər.
Başqa bir məlumata görə, İŞİD terror qruplaşması əl-Anbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhərindən qaça bilməyən ata, ana və bir kiçik övladı olan bir ailəni qətlə yetirib.
İŞİD terror qruplaşması iki gün öncə hədələyib ki, Ər-Rəmadiyə doğru irəliləməkdə olan İraq qüvvələrinə tərəf qaçmaq istəyən hər bir ailənin üzvlərini edam edəcək.