Tarix : 2015 Dec 26
Kod 47352

Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölənlərin sayı artıb

Azərbaycanda son 10 ildə qeyri-infeksion xəstəliklərə (QİX) (qan dövranı sistemi xəstəlikləri, bədxassəli yeni törəmələr, şəkərli diabet və tənəffüs sisteminin xroniki xəstəlikləri) yoluxma və ölüm faktları artıb.
AranNews- Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklər üzrə mübarizə səhiyyə sistemlərinin, ümumiyyətlə dövlətin prioritet vəzifələrindən birinə çevrilib.
2012-ci ildə qəbul edilən “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair strategiyanın hazırlanması və tətbiqi nəzərdə tutulub və 2013-cü ildən strategiyanın hazırlanması prosesi başlayıb.
Strategiya çərçivəsində nəzərdə tutulan tədbirlər səmərəlilik, bərabərlik və ədalətlilik prinsiplərinə əsaslanaraq sektorlararası sıx əməkdaşlığı, QİX-ə yalnız səhiyyə problemi kimi deyil, ümumiyyətlə cəmiyyətin problemi kimi yanaşmağı və məhz bu nöqteyi-nəzərdən görülən işlərin, eyni zamanda bir sıra istiqamətlər üzrə həyata keçirilməsini tələb edir.
Burada tək səhiyyə sisteminin tədbirlərinin və tibb xidmətlərin gücləndirilməsi deyil, eyni zamanda əhalinin maarifləndirilməsi, həyat tərzinin dəyişməsinin və öz sağlamlığına məsuliyyətli yanaşmanın təbliği, QİX-in risk amilləri ilə mübarizə üzrə hüquqi-normativ bazanın gücləndirilməsi, vergi və maliyyə sistemlərinin təkmilləşdirilməsi, şəhərsalma prosesində müvafiq şəraitin (idman obyektlərinin və parkların) daim nəzərdə saxlanılması, informasiya sistemlərinin və kommunikasiya vasitələrinin QİX-lə mübarizə prosesində fəal istifadəsi və ümumi siyasi və qərar vermə səviyyələrində QİX probleminin daim nəzarət altında saxlanılması zəruridir.
  • Yazılıb
  • da (də) 2015 Dec 26
  • Göndərən مدير سايت Aran News