Tarix : 2015 Dec 30
Kod 47358

"Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin araşdırılması" mövzusunda konfrans keçiriləcək

"Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin araşdırılması" mövzusu ilə konfrans, 3 yanvarda Urmiya Azad İslam Universitetində keçiriləcək.


AranNews-
"Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin araşdırılması" mövzusu ilə konfrans, 3 yanvar 2016-cı ildə Urmiya Azad İslam Universitetinin "Şəhid Həmid Bakiri" iclas salonunda keçiriləcək.
Konfransda doktor Cavanpur, doktor Rüstəmzadə, doktor əbdulhuseyn səfaei və doktor Səmədzadə çıxışı edəcək. Urmiya Azad İslam Universitetinin Hüquq Elmi Qurumunun təşəbbüsü ilə keçiriləcək bu konfransda bir qrup alim, tədqiqatçı və tələbələr iştirak edəcək.

Qeyd edək ki, İmam Hüseynin (ə) Ərbəin günləri ərəfəsində (26 noyabr) Azərbaycan dövlətinin xüsusi polis qüvvələrinin Nardaran qəsəbəsində dindarlara qəddarcasına hücumu nəticəsində 5 nəfər imam Hüseyn (ə) əzadarı şəhid olmuş və bir çox dindar həbs edilmişdir. Hələ də onlar haqqında dəqiq məlumat yoxdur.
  • Yazılıb
  • da (də) 2015 Dec 30
  • Göndərən مدير سايت Aran News