Arannews- İraq ordusu Ər Ramadi şəhərində İŞİD terror qruplaşmasının liderlərindən birini əsir götürüblər. saxlanılan terrorçunun kimliyi hələlik açıqlanmır.
Qeyd edək ki, İraq ordusu ölkənin qərbindəki Anbar əyalətində terrorçulara qarşı irimiqyaslı əməliyyatı davam etdirir. Əməliyyata Hərbi-Hava Qüvvələri, könüllü dəstələr cəlb olunub. İraq ordusu dekabrın 22-dən əyalətin inzibati mərkəzi hesab edilən Ər Ramadi şəhərinin mərkəzinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb.