Söhbət Silopi, Cizrə (Şirnak vilayəti), Sur (Diyarbəkr vilayəti), Dargeçitvə Nusaybin (Mardin vilayəti) mahallarının sakinlərindən gedir.
Arannews- Türkiyənin cənub-şərqində yaşayan 100 mindən çox insan evlərini tərk etməyə məcbur olub. bu barədə “Hurriyet Daily News” nəşri bildirib.
Söhbət Silopi, Cizrə (Şirnak vilayəti), Sur (Diyarbəkr vilayəti), Dargeçitvə Nusaybin (Mardin vilayəti) mahallarının sakinlərindən gedir. Hazırda ölkənin cənubi-şərqində 1,3 milyondan çox insanın yaşadığı ərazidə komendant saatı tətbiq edilib.
Yerli polisin məlumatına görə, təhlükəsizlik gücləri qarşıdurmaların baş verdiyi 13 mahaldan 8-inə nəzarət edirlər. Silopi, Cizrə, Sur, Dargeçitvə Nusaybin mahallarında isə silahlı qarşıdurmalar davam edir.
Sözügedən vilayətlərdə PKK-ya qarşı həyata keçirilən əməliyyatlarda indiyə kimi 183 PKK üzvü öldürülüb.