Tarix : 2015 Dec 27
Kod 47366

Yəmənin ordu və xalq komitələri qüvvələri onlarla təcavüzkari məhv edib

Yəmənin ordu və xalq komitələri qüvvələrinin səudiyyə təcavüzkarları və onların muzdurlarına qarşı geniş əməliyyatında onlarla təcavükar qüvvə öldürülüb və ya yaralanıbdır.
Arannews-  Yəmənin ordu və xalq komitələri qüvvələrinin bu ölkənin cənubu və mərkəzində səudiyyə təcavüzkarları və onların muzdurları ilə ağır döyüşlərdə hücumçu qüvvələr ağır tələfata düçar olublar.
bu ölkənin ordu və xalq komitələri qüvvələrinin şənbə günü axşam Təiz vilayətindəki Əldəhi, Səəbat və Əlşəricə məntəqələrində səudiyyə təcavüzkarları və onların muzdurlarına qarşı geniş əməliyyatında onlarla təcavükar qüvvə öldürülüb və ya yaralanıbdır.
öldürülənlər arasında Blak Vater muzdurlarından bir qrupu nəzərə çarpır.
Yəmənin ordu və xalq komitələri qüvvələri Marəb vilayətindəki Kufəl məntəqəsində Ali-Səud-un tabeliyində olan muzdurların toplanış mərkəzini raketlə hədəfə alıblar ki, nəticədə Ali-Səud rejiminin bir qrup muzduru öldürülüb və bir zirehli maşın məhv edilib.
Yəmənli mübarizlər Əlcuf vilayətində səudiyyə təcavüzkarları və onların muzdurlarının toplanış mərkəzini artilleriya hücumları ilə hədəfə alıblar ki, nəticədə hücumçu qüvvələr ağır tələfat və xəsarətə düçar olublar.
döyüşlərin uzanmasına rəğmən, məhz Yəmənin ordu və xalq komitələri qüvvələri daxili və xarici muzdurlarla döyüşdə yüksək əhval-ruhiyyəyə malikdirlər və təcavüzkar qüvvələrin son həftələrdə əksər şimal, mərkəzi və cənub cəhbələrində geri oturmaları bu məsələni sübuta yetirir.


  • Yazılıb
  • da (də) 2015 Dec 27
  • Göndərən مدير سايت Aran News