İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini: Xain o kəsdir ki, Qarabağı işğal edən düşmənlə bir stol başında oturur, müzakirə edir və bir-birinin sağlığına şərab içir.
AranNews- Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzxanın İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini doktor Mənsur Həqiqətpura əsassız ittihamlarının ardınca, doktor Həqiqətpur buna cavab vermişdir.
Cavabda deyilir:
Cənab Siyavuş Novruzxanın mübarək məhzərinə
Salam Ələykum
Cənab Novruzxan, çoxdan idi ki, tədbirli, ekspertcəsinə və başdan-başa əxlaqla dolu olan fikirlərinizdən məhrum olmuşduq. Qabaqlar sizdən çoxlu əxlaqi və fikri faydalar görmüşdük!!!
Qarabağa və Azərbaycanın böyük xalqına xəyanət mövzusundan söz açmısan. Bilmirəm nə üçün KQB, yaxud hamının vəkili kimi cinayət işi elan edirsən? Parlamentdə KQB-nin seçilmiş nümayəndəsisənsə, sənin bu vəzifən mübarək olsun. Siyavuşxan, çox ürəyim istəyir ki, Qarabağda xəyanət barədə səninlə və Azərbaycan xalqı ilə söhbət edəm. Birincisi, səndən soruşuram: Qarabağ müharibəsində sən harada idin, Badkubənin digər parlament deputatları harada idilər? Sizlərdən neçə nəfərinin övladları Qarabağ müharibəsində iştirak edib və övladlarınızdan neçə nəfəri bu əməliyyatlarda şəhid olub və ya yaralanıb? Bunun dəqiq sayını deyə bilsəniz, kimin xain və kimin xadim olması məlum olacaq.
Novruzxan və Qarabağa xəyanət edən digərlərinin məlumatı olması üçün deyirəm: xain o kəsdir ki, Qarabağı işğal edən düşmənlə bir stol başında oturur, müzakirə edir və bir-birinin sağlığına şərab içir.
Novruzxan, cürətin çatırsa, Qarabağ müharibəsindən qaçanların adını-sayını açıqla. Onda kimin xain və kimin xadim olması bilinəcək.
Novruzxan, Qarabağ müharibəsi günlərindən bir məsələ zehnimi özünə məşğul edib. Əgər ona doğru cavab verə bilsən, kimin xain, kiminsə xadim olması ayırd olacaq.
Doğrusu, Novruzxan! Qarabağ müharibəsində nə üçün azərbaycanlı və qeyri-azərbaycanlı qeyrətli oğullar arxadan güllə yarası alırdılar? İşğalçılarla müharibə etməsin deyə, azərbaycanlı və qeyri-azərbaycanlı döyüşçüləri Azərbaycan ordusu içərisindən güllə-baran edənlərin kimlər olduğunu deyə bilərsənmi?
Qarabağ şəhidləri ailələrinin haqqı vardır ki, xainlər rejimindən, Qarabağı satan və dəllallıq edənlərdən öz ovladlarının arxadan güllə yarası almasının səbəbini soruşsunlar. Mən əminəm, bu əzizlər döyüşdən qaçan deyillər ki, onlara arxadan güllə dəysin.
Novruzxan, Qarabağ xainləri, dəllalları barədə çoxlu digər həqiqətlər bilirəm ki, sənin absurd sözlərin davam edəcəyi surətdə onları Azərbaycanın şərəfli xalqına təqdim edəcəyəm.
Müsəlman xalqının məhkəməsi qurulan, Qarabağı qabalıqla satan bütün alçaq və murdar adamların mühakimə olunacağı və öz əməllərinin cəzasına çatacağı gün ümidi ilə..
Iran Parlamenti
Mənsur Həqiqətpur