Tarix : 2015 Dec 28
Kod 47374

“Ehud Barak” Azərbaycanda rüşvət almaqda şübhələnir

Sionist rejimin keçmiş baş naziri və keçmiş müdafiə naziri, yəhudi dövlətinin ən nüfuzlu siyasətçilərindən biri olan Ehud Baraka qarşı korrupsiya şübhəsi ilə təhqiqat aparılır.
AranNews- Sionist rejimin istintaq orqanları Ehud Barakın Azərbaycanla “şübhəli pul sövdələşməsini” araşdırır.
“Haaretz” qəzetinin yazdığına görə iki həftə əvvəl, Sionist rejimin baş prokuroru İequda Vaynşteyn keçmiş baş nazirdən Azərbaycanın “iri dövlət şirkətlərindən biri ilə” bütün elektron yazışmalarını istintaqa verməyi tələb edib.
Qəzetin yazdığına görə polis Ehud Baraka qarşı təhqiqatı Bakının ona bir neçə yüz min dollar ödədiyi məlum olandan sonra başladıb. Bu məbləğin Eud Baraka “məsləhət xidmətlərinə görə ödənildiyi” bildirilir. Lakin versiyalardan birinə görə bu, rüşvət ola bilər.
İsraildəki mənbələr isə deyiblər ki, əgər Ehud Barakın yazışmalarının öyrənilməsi polisin başlatdığı təhqiqatda dramatik dəyişikliklərə səbəb olmasa İequda Vaynşteyn keçmiş baş nazirə və müdafiə nazirinə qarşı qaldırılmış işin bağlanmasına sərəncam verəcək.
Ehud Barak Azərbaycanla korrupsiya əlaqələrində şübhəli hesab edilən ilk İsrail xadimi deyil. Bundan əvvəl Sionist rejimin sabiq müdafiə naziri və “Avoda” partiyasının keçmiş lideri Binyamin (Fuad) Ben-Eliezer də Azərbaycandan silah satışına görə rüşvət almaqda şübhəli bilinmişdi.
İstintaqın nəticələrinə görə, Ben-Eliezerə qarşı ittiham aktı elan olunub. İsrail prezidentliyinə keçmiş namizəd də olan sabiq müdafiə naziri çoxsaylı cinayətlər törətməkdə və korrupsiyada ittiham olunur. Məsələn, Ben-Eliezer biznesmenlərlə, o cümlədən israilli milyarder Avraam Nanikaşvili ilə korrupsiya əlaqəsinə girməkdə, “Şemen” neft şirkətinin maraqları üçün lobbiçilik etməkdə, “çirkli pul” yuyulmasında, vergidən yayınmaqda və s. günahlandırılır.
İstintaq İsrail siyasətinin 79 yaşlı veteranına qarşı müdafiə naziri olarkən rüşvət almaq, pul yumaq, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrə silah satışına icazə vermək kimi ittiham edilib.
  • Yazılıb
  • da (də) 2015 Dec 28
  • Göndərən مدير سايت Aran News