Tarix : 2015 Dec 28
Kod 47376

İraqlı qüvvələr 300 İŞİD terrorçusunu məhv edib

iraqlı qüvvələr Fəllucə yaxınlğında təkfirçi-sionist İŞİD qruplaşmasına qarşı əməliyyata başlayıblar.
Arannews- İraqlı qüvvələr Fəllucəni müxtəlif istiqamətlərdən mühasirə edib və təkfirçi-sionist İŞİD qruplaşmasının 300 ünsürünü bu şəhərin Əlnəimiyyə məntəqəsində öldürüblər.
iraqlı qüvvələr Fəllucə yaxınlğında təkfirçi-sionist İŞİD qruplaşmasına qarşı əməliyyata başlayıblar.
Ərrəmadi şəhərində mühasirəyə düşmüş yüz iraqlı ailə bu ölkənin Qırmızı Aypara Cəmiyyətinin həmkarlığı ilə Əlhəbaniyyə məntəqəsinə köçürülüb.
İraq dövlətinin sözçüsü vurğulayıb ki, bu ölkənin silahlı qüvvələri Ərrəmadini azad etdikdən sonra Mosulda əməliyyat üçün hazırlaşacaqlar.
Səəd Əlhədisi deyib ki, iraqlı qüvvələr Ərrəmadi şəhərində böyük irəliləyişlərə malik olublar. İraq dövlətinin əsas məqsədi, Mosul şəhərini İŞİD-dən geri almaqdır. O, qeyd edib ki, İraqın baş naziri Heydər Əlibadi öz çıxışında bu müraciəti göndəribdir ki, Ərrəmadidən sonrakı addım, Niynəva vilayəti olacaq.
İraqlı qüvvələr Ərrəmadi şəhərinin azad edilməsinin yekun mərhələsindədirlər və qarşıdakı günlərdə bu əməliyyatın yekunlaşmasını gözləməliyik. O, bildirib ki, bütün tərəflər İŞİD-ə qarşı döyüşdə iştirak edirlər.

  • Yazılıb
  • da (də) 2015 Dec 28
  • Göndərən مدير سايت Aran News