Arannews- Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Bəxiti və Zeydi Alimlər və Alimlər Əlaqəsi Məclisinin üzvü Şeyx Əbdüssəlam Vəcih Yəməni işğalçılar üçün bir qəbirsanlıq adlandırıblar.
Şeyx Əbdüssəlam Vəcih Yəməndə cərəyan edən hadisələr barədə deyib: Yəmən vəhşicəsinə olan bir hücuma məruz qalıb. Heç bir insani açıqlaması olmayan qlobal bir hücuma. Sionistlər, Ali-Səud və Amerikalılar bu təcavüzdə rola malikdirlər. Amma, əmin olun ki, Yəmən işğalçılar üçün qəbirsanlığa çevriləcək. Acınacaqlı hal isə, dünya ictimaiyyəti və hətta, beynəlxalq qrumların məlumatlandırılması üzrə dünyanın sükut etməsidir.
O həmçinin deyib: Yəmən davamlı və güclü müqavimətə malik olan bir ölkədir. Buna görə də, keçmişdə olduğu kimi, bu dəfə də "şeytanın" buynuzunu sındırmış olacaq. BƏƏ, Ərəbistan və Kolumbiyadan olan bir çox muzdlunu Yəmən müharibəsində cəhənnəmə vasil eləmişik və bu ölkə işğalçılar üçün qəbristanlıq olacaq.
Ənsarulah Hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Bəxiti də əl-Qaidənin Yəməndəki iştirakı barədə deyib: Əl-Qaidənin Yəməndəki iştirakı digər islam ölkələrindəki iştirakı ilə fərqli cəhətlərə malikdir. Yəmən xalqı əl-Qaidəni mühsirəyə almağa nail olmuşdu. Və Yəməndə müharibə başlamazdan öncə əl-Qaidə tam olaraq məhv edilmək ərəfəsində idi. Amma, hazırkı şəraitdə, güclərimizi Yəmənin şimalına yönəltməyə və Ərəbistan ərazisinə daixl olmağa çalışdığımız zaman, əl-Qaidə Yəmənin cənubunda mövqeyini möhkəmləndirməyə nail olub.
O həmçinin deyib: Hazırda güc balancı Yəmən ordusu və xalqının xeyrinədir. Çünki, hazırda bu savaş Ərəbistan ərazisinə daxil olub və biz ballistik raketlərimizi işə salmışıq. Bununla da səudiyyəliləri nigaran etmişik. Müharibənin Ərəbistan ərazisinə uzanması ilə sadəcə Yəməndə deyil, bütün məntəqədə qüdrət balansı yaratmağa nail olmuşuq. Bu məsələ səudiyyəliləri geri çəkilməyə məcbur edəcək.