Hizbullahının baş katib müavini şıxışının sonunda bildirdi: "Bu gün İslam dünyasında vəliyyi- fəqih və İran İslam İnqilabının Böyük Rəhbəri birlik mehvəri və vəhdət nöqtsi ola bilər. "
Arannews- Livan Hizbullahının baş katib müavini həqiqətlərin bəyanı və aydınlıq gətirməni müqavimətin cəhətlərindən adlandırıb.
Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim bazar günü Tehranda 29-cu Beynəlxalq İslami Vəhdət konfransında müqavimətin sionist rejim və təkfirçilər qarşısında dayandığını vurğulayaraq, deyib: Suriyada baş verənlər bu ölkəni dağıtmağa səy, İraqda baş verənlər isə bu ölkə xalqının öz müqəddəratını təyin etməsi ilə mübarizədir.
Şeyx Nəim Qasim sionist rejimi ilə aparılan mübarizəyə toxunaraq əlavə etdi: Biz öz ayaqlarımız üzərndə dayanmışıq. Səbrlə, mətanətlə məzulm xalqlar və əzilən insanları müdafiə edirik. Biz İslam mədəniyyətinin haqq və düzgün olduğunu isbat etmək niyyətindəyik.
Hizbullahının baş katib müavini şıxışının sonunda bildirdi: Bu gün İslam dünyasında vəliyyi- fəqih və İran İslam İnqilabının Böyük rəhbəri birlik mehvəri və vəhdət nöqtsi ola bilər. Müsəlmanalar hər gün yeni bir problemlər girabına düşürlər. Biz heç vaxt təslim olmayacağıq. Qələbəyə kimi səngərlərdə qalacağıq.