Tarix : 2015 Dec 29
Kod 47388

Rusiya mətbuatı: "Yanvarda Dağlıq Qarabağda müharibə başlaya bilər"

Rusiyanın "Arqumentı nedeli" nəşriyəsi yazıb: "Rusiya Dağlıq Qarabağa sülhməramlı kontingentin yerləşdirilməsini təklif edir, Bakı isə bunun qəti əleyhinədir".
AranNews- Yazıda bildirilir ki, Dağlıq Qarabağ ətrafında vəziyyət mürəkkəbləşir: “Praktik olaraq hər gün Ermənistan və Azərbaycan KİV-ləri və siyasətçiləri atəşkəs rejiminin pozulmasında bir-birilərini ittiham edirlər, ölümlərin olduğu haqda məlumat verirlər”.
Moskvadakı hərbi-diplomatik mənbə bildirib ki, hazırda vəziyyəti sabitləşdirmək üçün iki plan mövcuddur: “Birinci planı ABŞ və Fransa təklif edib ki, bu, ATƏT nümayəndələrinin sayını artırmaq və onların müşahidə və nəzarət üçün texniki vasitələrlə təchiz edilməsini nəzərdə tutur. Biz hesab edirik ki, bu, münaqişənin həllinə kömək etməyəcək. Biz sülhməramlı kontingentin yerləşdirilməsini təklif edirik. Lakin Bakı bunun qəti əleyhinədir”.
Mənbə qeyd edib ki, qərarı gecikmədən qəbul etmək lazımdır: "Belə ki, Azərbaycanın “Su-24” təyyarəsinin vurulması ilə bağlı Türkiyəni dəstəkləməsindən sonra Qafqazda böhranın dərinləşməsi Ankara və Vaşinqtona sərf edir, bu yolla onlar Rusiyanın qüvvələrini Suriyadan yayındırmaq istəyirlər".
Nəşrin yazdığına görə, Rusiyanın Cənub Hərbi Dairəsindən Gümrüdəki hərbi bazasına təcili şəkildə döyüş və nəqliyyat helikopterləri, zirehli texnika və şəxsi heyət göndərilir. Təkcə dekabrda Gümrüdəki bazaya 13 ədəd “Mİ-24P” hücum və “Mi-8 MT” nəqliyyat helikopterləri gətirilib.
  • Yazılıb
  • da (də) 2015 Dec 29
  • Göndərən مدير سايت Aran News