Bu əziz Mövlud və vəhdət həftəsi münasibətilə Allah-təaladan Peyğəmbər(s.) əxlaqı ilə yaşamağı, Onun sevgisini qəlbimizdə daim qorumasını, ömrümüzə səadət, imanımıza bərəkət, qəlbimizə Quran və Əhli-beyt(ə)-ın məhəbbəti ilə nurlandırmasını diləyirik.
AranNews- Azərbaycan İslam Partiyası əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd (s.ə)-in və müsəlmanların 6-cı imamı Həzrəti Cəfəri-Sadiq(ə)-ın dünyaya gəlişi günü-mövludu münasibətilə xalqımızı, dünya müsəlmanlarını təbrik edir.
Təbrikdə deyilir:
Allah- təala tərəfindən aləmlərə rəhmət olaraq göndərilmiş Haqqın şahidi, varlıqların mənası Rəsuli Əkrəm Həzrət Muhəmməd(s.ə)-in və onun pak
övladı, müsəlmanların 6-cı imamı Həzrəti İmam Sadiq(ə)-ın mövludu münasibətilə ilk növbədə mövlamız İmam Sahib Zaman(ə.f)-i, dünya müsəlmanlarının lideri, vəliyi-fəqih Seyid Əli Xamenei həzrətlərini, Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını, dünyadakı müsəlman bacı və qardaşlarımızı təbrik edir, Allahdan ümmətinin bağışlanmasını diləyirik.
Məlum olduğu kimi, peyğəmbər(s.ə)-in mövludu münasibətilə bünövrəsi mərhum İmam Xomeyni (r.ə) tərəfindən qoyulan, İslamın ortaq dəyərlərinə söykənməklə dünya müsəlmanları arasında qardaşlıq və birlik ruhiyyəsini möhkəmləndirmək niyyətinə xidmət edən vəhdət həftəsi bütün məkanlarda
müsəlmanlar tərəfindən bayram kimi qeyd olunur. İnanırıq ki, Qurani-Kərimin təlimlərinə söykənən bu ideya qardaşlığımızın və birliyimizin simvoluna çevriləcək, İslam düşmənlərinin fitnələrini dəf etmək üçün İslam aləminə öz töhfələrini verəcək.
Bu gün İslam aləmi üçün ən əziz bayramlardan sayılan vəhdət həftəsi sona çatmaqdadır. Məhz bu bəşəri dəyərin mənbəyi on dörd əsr əvvəl-miladi təqvimi ilə 570-ci ilin rəbiul-əvvəl ayının 17-də dünyaya göz açan Həzrət Muhəmməd və qırx il sonra Allah tərəfindən Onun qəlbinə nazil olan Qurani-Kərim bəşəriyyətin xilası olaraq insanları daim doğruluğa, yaxşılığa, biri-birinə yardımçı olmağa, haqq, ədalət və mərhəmətə səsləməkdə, yönəltməkdədir.
Quranda buyrulur: Səni aləmlərə rəhmət olaraq göndərdik. Ona görə də, bütün zamanlarda böyük İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə)-in həyatı insanlıq üçün bir nümunəyə çevrilmişdir.
Bu əziz Mövlud və vəhdət həftəsi münasibətilə Xalqımızı bir daha təbrik edir, Allah-təaladan bizlərə Peyğəmbər(s.) əxlaqı ilə yaşamağı, Onun sevgisini qəlbimizdə daim qorumasını, ömrümüzə səadət, imanımıza bərəkət, qəlbimizə Quran və Peyğəmbər(s)-ın Əhli-beyt(ə)-ın məhəbbəti ilə nurlandırmasını diləyirik.
Haci İlham Əliyev,
Azərbaycan İslam Partiyasının sədr əvəzi