Bazar ertəsi günü Şərqi Azərbaycanın Üskü şəhərində Nardaran hadisəsi şəhidlərinin anım mərasimi keçirildi.
AranNews- Bazar ertəsi günü Şərqi Azərbaycanın Üskü şəhərində Nardaran hadisəsi şəhidlərinin anım mərasimi keçirildi. Bu əzəmətli mərasimdə Azərbaycan Respublikası xalqının məhərrəm ayında əzadarlıq mərasimləri, həmçinin Nardaran hadisəsi şəhidlərinə aid kliplər yayımlandı. Üskünün vilayətçi əhalisi Azərbaycan dövlətinin zorakı hərəkətlərini və Nardaran qəsəbəsində İmam Hüseyn (ə) əzadarlarının şəhid etmələrini bərk məhkum etdilər.
Mərasimin davamında Qafqaz məsələləri üzrə ekspert doktor Həsən Səmədzadə çıxış etdi. O, Nardaran hadisəsinin Azərbaycan hakimiyyətinin şiə dindarları ilə qarşılaşması üçün qabaqcadan hazırlanmış bir senari olduğunu bildirdi.
Doktor Səmədzadə deyib ki, şiələrin sıxışdırılmasının və repressiya olunmasının əsas səbəbi Azərbaycan dövlətinin İslam maarifinin genişlənməsi, gənclərin İslam dininə üz tutmasından qorxması və narahat olmasıdır. O, həmçinin vurğulayıb ki, dövlətin bu üslubu nakam qalacaqdır.
Ekspert, Azərbaycan dövlətinin son illərdəki anti-İran hərəkətlərini də tənqid edib və bildirib ki, Azərbaycanda millətçi və pantürkçü anti-İran çevrələr bu ölkənin dəstəyi ilə fəaliyyət göstərir.
Doktor Səmədzadə Azərbaycan dövlətinin bu hərəkətlərini yaxşı qonşuluq siyasətləri ilə zidd oldğunu və bunun dərhal dayandırılmalı olduğunu deyib.