İslam Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu İmam Cəfər Sadiqin (ə) səadətli viladətləri münasibəti ilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edirik.
AranNews- Rəbiül-əvvəl ayının 17-i – Dekabr ayının 29-u İslam Peyğəmbərinin (s) doğum günüdür və əlbəttə, o həzrətin doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və müsəlmanların birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə "Vəhdət həftəsi" elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiul-əvvəl ayının 12-17-ci günləri "Vəhdət həftəsi" adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
Qurani-Kərimə əsasən, Allah-Taala İslam Peyğəmbərini (s) aləmlərə rəhmət olaraq göndərmişdir.
Sonuncu ilahi peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü gecəsi və günündə İslami İranda şənlik tədbirləri davam edib.
İslami İranın müxtəlif bölgələrində, şiə və sünnilər məscidlər, mənzillər, küçələr və mağazaları rəngli çıraqlar və bayraqlarla bəzəyərək və mərasimlər keçirərək sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) viladətinin ildönümü gününü şənlik edirlər.
Sünni tarixinə əsasən 12 rəbiüləvvəl əziz islam peyğəmbərinin viladətinin ildönümü günüdür və şiələr də 17 rəbiüləvvəli Allahın rəsulunun viladəti hesab edirlər.
İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) təşəbbüsü ilə 12-17 rəbüləvvəl Həzrət Rəsul-Əkrəmin (s.ə.s) viladəti günləri olaraq Vəhdət Həftəsi adlandırılmışdır.