Tarix : 2015 Dec 30
Kod 47395

Türkiyənin Dəyanət İşləri Naziri Qum şəhərində alimlərlə görüşüb

Türkiyə islam dünyası və dünyada təsirli rola və uzun keçmişə malik ölkədir.
Arannews- Türkiyənin Dəyanət İşləri Naziri Məhəmməd Görməz İranin dini mərkəzi sayılan Qum şəhərində bir sıra alim və mərcə - təqlidlərlə görüşüb.
Ayətullah Məkarim Şirazi ilə görüşdə alim İran və Türkiyə xalqlarının dini və mədəni ortaqlıqlarına toxunaraq islam dünyasının problemləri ilə mübarizədə iki ölkə alimlərinin düşüncələrini çox yaxın adlandırıb və deyib: Türkiyə islam dünyası və dünyada təsirli rola və uzun keçmişə malik ölkədir.
Görkəmli təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi Türkiyənin dəyanət işləri naziri ilə görüşdə daha sonra deyib: Hazırda təkfirçi cərəyanların təhlükəli inancları islamın əsasını hədəfə alıb və bütün islam alimləri həmrəylik və birliklə onun kökünü kəsməlidirlər.
Türkiyənin Dəyanət İşləri Naziri Məhəmməd Görməz Ayətullah Cavadi Amuli ilə də görüşüb.
Ayətullah Cavadi Amuli Həzrət Rəsullullah (s) və İmam Sadiqin (ə) mövludunu təbrik deyərək əlavə etdi: İslam cahil insanlari bir - birinə qardaş etdi, onların arasında məhəbbət və qarşılıqlı hörmək yaratdı; həmin İslam dinin indi bizim əlimizdədir. Bütün İslam ümmətinin alimləri İslam dininin bu xüsusiyyətini keçmişdən daha artıq, daha gözəl İslam ümmətini təqdim və təhvil verməlididrlər.
Türkiyənin Dəyanət İşləri Naziri Məhəmməd Görməz Beynəlxalq Əl - Mustafa (s) universitetinin rektoru Ayətullah Əlirıza Ərafi  ilə də görüşüb.


  • Yazılıb
  • da (də) 2015 Dec 30
  • Göndərən مدير سايت Aran News