Arannews-Pakistanın şimal-qərbində yerləşən Mardan rayonunda, hökumət binası qarşısında baş verən partlayış nəticəsində ölənlərin sayı 29 - a çatıb, onlarla insan yaralanıb.Bu barədə polis komissarı Feysəl Şəhrzad məlumat verib.
Partlayışı terrorçu-kamikadze motosikldə həyata keçirib.
Rayon xəstəxanasının həkimi Əli Xan ölənlərin sayını təsdiq edib və yaralananların sayının 40 - a çatdığnın bildirib.
Xilasetmə xidmətinin əməkdaşları artıq hadisə yerinə gəlib, zərərçəkmişlər yerli xəstəxanaya aparılıb. Xəsarət alanlar arasında qadınlar və uşaqlar da var. Partlayış böyük insan kütləsi arasında həyata keçirildiyindən, hökumət terror aktının qurbanlarının sayının artacağından ehtiyatlanır.
Terrorçu Taliban qruplaşmasının qanadı sayılan “Cəmaətul – Əhrar” terror qruplaşması terror aktının məsuliyyətinin üzərinə götürüb.