Tarix : 2015 Dec 30
Kod 47398

Səudiyyə Ərəbistanının səhv addimi

Səudiyyə Ərəbistanın 2016-cü ilinin Büdcəsi neftin 1 barelinin qiymətinin 29 dollar hesabı ilə hazırlanıb.
Arannews- Səudiyyə Ərəbistanında gələn ilin dövlət büdcəsi açıqlanıb. Büdcə kəsiri təqribən 98 milyard dollardır.
Rəsmi Ər-Riyaz dünya bazarlarında neftin qiymətinin daha da ucuzlaşmasını gözləyir.
gələn il Səudiyyə Ərəbistanının toplam büdcə gəlirləri 137 milyard olacaq. Bu da 2014-cü illə müqayisədə 25 milyard azdır.
Büdcə kəsirinin nəzərdə tutulan məbləğdən artıq olması hərbçilərə, dövlət qulluqçularına və təqaüdçülərə ödənilən maaşlar, təqaüdlər və ödənişlərlə bağlı xərclərin artması, habelə sosial xərclərdən qaynaqlanır.
Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi təxminən 49 milyard dolları bəribaşdan xüsusi fonda yatıracaq. Bu fond dünya bazarlarında neftin daha da ucuzlaşacağı təqdirdə ölkə üçün mühüm layihələri maliyyələşdirmək üçündür.
Büdcə neftin 1 barelinin qiymətinin 29 dollar hesabı ilə hazırlanıb.
Səudiyyə Ərəbistanı bu il neft hasilatını kəskin şəkildə artıraraq sutkada 9,683 milyon bareldən 10,266 milyon barelə çatdırıb. 


  • Yazılıb
  • da (də) 2015 Dec 30
  • Göndərən مدير سايت Aran News