Tarix : 2015 Dec 30
Kod 47400

Sanksiyalar götürülən kimi İranın "Şanxay Əməkdaşlıq Təşkilatına" daimi üzvlüyü araşdırılacaq

Şanxay Əməkdaşlıq Təşkilatı bildirib ki, İrana qarşı sanksiyalar aradan qalxan kimi bu ölkənin təşkilata daimi üzvlük məsələsi araşdırılacaq.
AranNews- Redaksiyamızın "İzvestiya" qəzetinə əsasən verdiyi xəbərə görə Şanxay Əməkdaşlıq Təşkilatı bazar ertsəsi günü bildirib ki, İrana qarşı sanksiyalar aradan qalxan kimi bu ölkənin təşkilata daimi üzvlük məsələsi araşdırılacaq.
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Dmitri Mezentsev bazar ertəsi günü "İzvestiya" qəzetinə müsahibəsində artırıb: "Bu təşkilatın əsasnaməsinə görə BMT tərəfindən sanksiya olunmuş ölkələr təşkilatda daimi üzv ola bilməz".
Qeyd edək ki, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan "Şanxay Əməkdaşlıq Təşkilatı"nın daimi üzvləri, İran, Hindistan, Pakistan, Monqolustan və Əfqanıstan isə müşahidəçi üzvlər hesab olunurlar.
  • Yazılıb
  • da (də) 2015 Dec 30
  • Göndərən مدير سايت Aran News