Səudiyyə Ərəbistanın qırıcı təyyarələrinin yanlış hücumu nəticəsində 10 muzdlu ərəbistanlı məhv edilib və 30 nəfər də yaralanıb.
Arannews- Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin cənubunda öz muzdlularının mövqelərinə hücum ediblər.
Səudiyyə Ərəbistanın qırıcı təyyarələrinin Yəmənin cənubunda Təiz vilayətinin Həddə əl-Şəqəb məntəqəsində Ərəbistana bağlı muzdluların mövqelərinə yanlış hücumu nəticəsində 10 muzdlu ərəbistanlı məhv edilib və 30 nəfər də yaralanıb.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri əl-Cof məntəqəsinə nüfuz etmək niyyətində olan 20 səudiyyəli təcavüzkarı əsir götürüblər.
Marib vilayətinin Səhn əl-Cin düşərgəsində səudiyyəli təcavüzkarların silah-sursat anbarı da Yəmən ordusu və xalq qüvvələri tərəfindən məhv edilib.
Səudiyyəli təcavüzkarların Səna vilayətində Cədər yaşayış məntəqəsinə hava hücumlarında 4 yəmənli şəhid olub, bir neçə sivil, o cümlədən bir neçə qadın və uşaq yaralanıb. Eləcə də bu məntəqəynin yaşayış binalarına çoxlu xəsarət dəyib.