“Şeyx Zəkzakinin aqibəti barədə konkret bir məlumat yoxdur. Hakimiyyət nə vəkil, nə də ailəsinin belə onunla görüşməsini qadağan edib. Hazırda ondan heç kimin xəbəri yoxdur."
Arannews- Nigeriya rejimi ölkənin şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki ilə görüşə məhdudiyyətlər yaradırlar Ölkənin islami hərəkatının rəhbərlərindən olan Həsən Bala bu barədə açıqlama verib.
O insanların təbii olaraq Zəkzakinin həyatından narahat olduğunu bildirərək: “Şeyx Zəkzakinin aqibəti barədə konkret bir məlumat yoxdur. Hakimiyyət nə vəkil, nə də ailəsinin belə onunla görüşməsini qadağan edib. Hazırda ondan heç kimin xəbəri yoxdur." deyə danışıb.
Nigeriya ruhanisi Həsən Bala daha sonra deyib: "Xalqımız hər gün küçələrə axışaraq Şeyxin azad olmasını tələb edirlər. Son olaylar bizim ruhiyyəmizi nəinki dəyişmədi, əksinə bizim Şeyx Zəkzakini daha çox dəstəkləməyimizə səbəb oldu.”