"Azərbycan Respublikasının Nardaran qəsəbəsində şiələrin repressiya olunmasının səbəb və aspektləri" adlı təhqiq əsəri nəşr edilib.
AranNews- Azərbaycan məsələləri üzrə tədqiqatçı Bürhan Hişmətinin zəhməti sayəsində başa gəlmiş "Azərbycan Respublikasının Nardaran qəsəbəsində şiələrin repressiya olunmasının səbəb və aspektləri" təhqiq əsəri altı fəsildə, media və tətbiq strategiyaları tədqiqatı toplusu şəklində yazılmış və nəşr edilmişdir.
Nardaran məntəqəsinin dini əhəmiyyəti, bu qəsəbədə şiələrin sıxışdırılmasının səbəbləri, Nardaranda şiələrin repressiyasının ölçüsü və faciənin baş verməsinin aspektləri, Azərbaycanın DİN qüvvələrinin bu əraziyə hücum etməsi üçün günlərin sayılması araşdırmanın əsas hissələrindəndir.
Təhqiqin girişində deyilir:
Nardaran, Bakıdan təqribən 30 km şimal-şərqdə yerləşir. 2015-ci il 1 dekabrda Azərbaycan Respublikasının Daxili Qoşunlarının bu qəsəbəyə hücumundan qabaq Nardaran tamamilə şiə çöhrədə idi. İmam Rzanın (ə) bacısı Rəhimə Xatun ziyarətgahı, qəsəbənin girişində yaşıl bayraqların dalğalanması, divarlara hədis və zikrlər yazılması, küçə və prospektlərin adlarının imamların (ə) adına olması, xüsusilə də Nardaranın mərkəzi meydanının İmam Hüseynin (ə) adına olması, qəsəbədə şiəliyin hakim olmasını hər kəsə xatırladırdı.
Nardaran tarix boyu Ayətullah Şeyx Həsən Ağa Nardarani, Şeyx Rəsul Ağa Nardarani, Ayətullah, Şeyx Əhməd Nardarani, Axund Məşhədi Məzahir Nardarani, Ayətullah Şeyx Baqir Nardarani və s. kimi böyük alimlərin doğulduğu və yaşadığı bir yer olmuşdur. Bu məntəqənin müasir dövrdə də Azərbaycan İslam Partiyasının ilk rəhbəri mərhum Hacı Əli Əkrəm Nardarani və 2002-ci il yanvarın 2-də dövlətin Nardarana hücumu nəticəsində şəhid olmuş Əli Həsən və digər böyük şəxsiyytlər kimi öz canını Azərbaycanda İslam və şiəliyin qorunması yolunda qurban verən şücaətli mücahidləri olmuşdur.
Nardaranın coğrafi ərazisinin az olmasına baxmayaraq, Azərbaycan Respublikasının dini, siyasi və mədəni həyatında rəngli və fəal rolu olmuş, İslam dünyasının məsələlərini izləməkdə, regional və beynəlxalq önəmli məsələlərdə müsəlmanları dəstəkləməsini elan etməkdə həmişə təsirli iştirak etmşdir. Hətta, repressiv Sovet İttifaqı hakimiyyəti dövründə də Nardaran şiələri mərdliklə öz etiqad və inanclarını qorudular və bu mənəvi irsi gələcək nəsilə çatdırmaq üçün qəbirləri üzərinə şiə və inqilab simvollarının həkk edilməsini vəsiyyət edirdilər.
Nardaran əhalisi hələ keçmiş zamanlardan şiəlik anlayışına uyğun həyat tərzi yaşayırdılar. Kommunist rejiminin məcburiyyəti onların həyat tərzini dəyişdirə bilmədi. Hətta, bu rejimdən sonra Bakı televiziyasının gecə-gündüz qərbin pozğun mədəniyyətini yaydığı dövrdə də nardaranlılar öz şiə həyat tərzlərini və eriqadlarını qoruyub saxladılar. Ona görə də Nardaran, Azərbaycanın digər bölgələrindən seçilir.
Bu durum Azərbaycan Respublikasında ateistlər, sekülarlar, massonlar, bəhailə, vəhabilər, qərb və sionizmə bağlı digər qruplar üçün çox narahatedici və xoşagəlməz idi. Ona görə də şiələrə kin və inad üzündən Nardaranı Azərbaycanda "daşlaşmanın təcəssümü" adlandırırdılar.
DİN qüvvələrinin 2015-ci il 26 noyabrda Ərbəin əfərəsində Nardaranda İmam Hüseynə (ə) matəm saxlanılan yerə hücum etməsi nəticəsində 5 nəfər şiə şəhid oldu, onlarla dindar isə yaralnadı və həbs olundu. Azərbaycanın DİN qüvvələri bu hücumda İŞİD metodundan istifadə edərək, qəsəbədə evlərin üstünə sancılmış İmam Hüseyn (ə) bayraqlarını, küçə və prospektlərə vurulmuş şiə şüarlarını yığışdırdılar, Rəhimə Xatun ziyarətgahının qapısını quraşdırılmış "Allah" gerbini qopartdılar.
Müsəlman Birlyi Hərəkatının sədri Hacı Tale Bağırzadəni həbs etmək bəhanəsi ilə baş tutmuş bu əməliyyatın başlanması, həqiqətdə sekülar qüvvələrin çox illər öncə Nardaranda kimliyi dəyişmək üçün başladıqları geniş cəhdlərin bir hissəsi idi. 2002-ci il hərbi hücum da Nardaran əhalisinə qarşı bu hücumlardan biri idi. Lakin, 2015-ci il noyabrın 26-da edilən hücum Nardaran şiələrinə qarşı daha sərt hücum hesab olunur.
Bundan öncə, Nardaranda narkotik maddələri yaymağa cəhd, sionist rejimnə öz yaxınlığı ilə tanınan azərbaycanlı oliqarx Araz Ağalarovun vasitəsilə pozğunluğu yayan hotel və istirahət mərkəzlərinin Nardaran yaxınlığında yaradılmaları, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Stenli Eskudero və onun yaxınlarının Nardaran ətrafındakı əraziləri qəsb etməsi, bu qəsəbənin əhalisini hər bir yaşayış bölgəsinə təqdim olunan ümumi dövlət xidmətlərində işləməkdən məhrum etmək, Nardarana təzyiq və dəyişiklik yaratmaq məqsədilə həyata keçirilən məqsədlərdən sayılır. Lakin, Nardaran əhalisinin şiəliyə möhkəm bağlılığı nəticəsində bütün bu layihələr məğlubiyyətə uğradı, Nardarandan şiəlik çöhrəsini silə bilmədilər, üstəlik, hər il şiəlik büruzları qəsəbədə gücləndi və genişləndi. Nardaranda on minlərlə insanın iştirakı ilə keçirilən əzəmətli Aşura və Ərbəin mərasimləri bu mövzunu təsdiqləyir.