Tarix : 2015 Dec 31
Kod 47413

Bəşar Cəfəri: Türkiyə silahlı qüvvələri terrorçuların hücumlarını müşayət edən hərbi əməliyyatlarda iştirak edirlər

Suriyanın BMT üzrə daimi nümayəndəsi: "terrorçular regionun bir sıra dövlətləri, o cümlədən Rəcəb Tayyib Ərdoğan rejiminin himayətdarlığından yaralanırlar"
Arannews- Suriyanın BMT üzrə daimi nümayəndəsi Bəşar Cəfəri BMT –nın TŞ - a məktub ünvanlayıb. Məktubda Türkiyə birbaşa olaraq İŞİD terror qruplaşmasına kömək göstərməkdə suclandırılir.
B . Cəfəri bildirib ki, terrorçular regionun bir sıra dövlətləri, o cümlədən Rəcəb Tayyib Ərdoğan rejiminin himayətdarlığından yaralanırlar.
Türkiyə bir neşə sahədə Suriyanın daxili işlərənə müdaxilə edir –  Suriyanın BMT üzrə nümayəndəsi Bəşar Cəfəri mətubda yazır – o cüməldən, Ərdoğan rejiminin silahlı qüvvələri terrorçuların hücumlarını müşayət edən hərbi əməliyyatlarda iştirak edirlər.
Məktubda İŞİD terrorçularının Türkiyənin bilavasitə icazəsi ilə Suriya torpaqlarına girə bildikləri və Türkiyə ordusunun terrorçuları aviasiya və ağır artileriya atəşləri ilə qoruduğu qeyd edilir.
Türkiyə prezidentini “Osmanlının istismarçılıq ənənələrini diriltməkdə” günahkarlandıran rəsmi Ərdoğanın bu istiqamətdə başqa ölkələrdə yaşayan türk azlıqlarını himayə etdiyini yazır.
Suriyanın BMT üzrə nümayəndəsi Bəşar Cəfəri Türkiyənin cinayətlərinin bununla bitmədiyini, Suriya qaçqınları, insan alveri kimi cinayətlərə mürtəkib olan qruplarla əlaqəsinin də bu siyahiyə daxil edilən cinayətlərdən olduğunu göstərir.


  • Yazılıb
  • da (də) 2015 Dec 31
  • Göndərən مدير سايت Aran News