Tarix : 2015 Dec 31
Kod 47414

Azərbaycanın bəzi ölkələrdəki səfirlikləri bağlanacaq

Azərbaycanın Latın Amerikası və Afrika və ərəb ölkələrində fəaliyyət göstərən bir sıra səfirlikləri bağlanacaq.
AranNews- Manatın devalvasiyası, ölkənin valyuta ehtiyatlarının azalması Azərbaycanı xarici ölkələrdəki bir sıra diplomatik missiyasını ləğv etməyə və ya birləşdirməyə vadar edib.
Latın Amerikası və Mərkəzi Amerikada, o cümlədən Afrika ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan səfirliklərinin bağlanacağı barədə xəbər verib.
Hazırda ölkəmizin Kuba, Meksika (Kolumbiya, Panama, Honduras, Peru, Kosta Rika və Qvatemala da akkreditə olunub), Argentina (Uruqvay, Çili, Boliviya və Paraqvayda da akkreditə olunub), Braziliyada (Ekvador, Surinam, Qayana və Trinidad-Tobaqoda da akkreditə olunub) səfirlikləri, ötən il Kolumbiya, Uruqvay, Çili, bu il isə Peruda diplomatik ofisləri təsis edilib.  
Həmçinin, Azərbaycanın Afrika ölkələri olan Misir, Mərakeş (Tunis, Mali, Qambiya, Portuqaliya, Seneqal və Mavritaniya akkreditə olunub), Efiopiya, Cənubi Afrika Respublikasında səfirlikləri fəaliyyət göstərir.
Məlumatlı mənbə bildirib ki. maliyyə qənaəti məqsədi ilə bir sıra ölkələrdəki səfirliklər bağlanacaq və bəzilərinin fəaliyyəti birləşdiriləcək.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələyə aydınlıq gətirərə deyib: "Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələ də ciddi şəkildə hökumət tərəfindən baxılır."
Əldə etdiyimiz digər məlumata görə, bu günlərdə Azərbaycan prezidentinin geri çağırdığı bir sıra ölkələrdəki səfirlərinin bəzilərin yerinə təyinat olmayacaq və həmin ölkələrdəki səfirliklərin fəaliyyəti dayandırılacaq.
  • Yazılıb
  • da (də) 2015 Dec 31
  • Göndərən مدير سايت Aran News