Tarix : 2015 Dec 31
Kod 47415

Nardaran hələ də polis qüvvələrinin nəzarəti altındadır

nardaranlı olmayanların qəsəbəyə girməsi hələ də mümkün deyildir və kənd sakinlərinin evlərində axtarışlar davam etməkdədir.
AranNews- Nardaran qəsəbəsi Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Bakıda Səhərin müxbirinə verdiyi müsahibədə qəsəbənin son vəziyyətini açıqlayıb və deyib: Nardaran hələ də polis qüvvələrinin güclü nəzarəti altındadır və nardaranlı olmayanların qəsəbəyə girməsi hələ də mümkün deyildir və kənd sakinlərinin evlərində axtarışlar davam etməkdədir.
Qeyri-nardaranlıların bu kəndə gəlməsi və əhalinin Bibi Rəhimə ziyarətgahı və məscidlərə getməsini də qeyri-mümkün adlandıran Kərimov deyib: Hazırda kəndin əhalisinin 80 nəfəri qeyri-qanuni şəkildə istintaqdadır və onlardan bəzisi həbs olunublar.
Məhbuslar və yaralıların yaxınlarına məlumatın verilməməsini də tənqid edən Kərimov əlavə edib: Ölkənin qanuni dairələrində ittiham halları araşdırılmadan nardaranlılara qarşı ittihamların irəli sürlməsi qeyri-qanunidir və ittiham halları araşdırılmadan medialar vasitəsi ilə ictimai fikri bu məsələyə hazırlamaq qəbuledilməzdir.

  • Yazılıb
  • da (də) 2015 Dec 31
  • Göndərən مدير سايت Aran News