Tarix : 2015 Dec 31
Kod 47416

Azərbaycanda kütləvi dəyişikliklərə start verildi

Maliyyə böhranı hökuməti dövlət qurumlarında ixtisarlar həyata keçirməyə məcbur edib.
AranNews- artıq bütün nazirliklərə işçilərin 30 faiz ixtisara salınması barədə göstəriş verilib.
Bildirilir ki, proses növbəti ilin mart ayına qədər çəkəcək.
Məlumata görə, bəzi qurumlarda ixtisarlar struktur dəyişikləri ilə həyata keçiriləcək.
Xəbərdə qeyd olunur ki, yalnız hüquq-mühafizə orqanları bu prosesdən kənarda saxlanılacaq.
Eyni halda, Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibidə dəyişdirilir.
Bu barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin hazırkı sədri Səməd Seyidov bildirib.
Hər parlament seçkilərindən sonra nümayəndə heyətinin tərkibinin yeniləndiyini deyən S. Seyidov bildirib ki, bu dəfə tərkibdə dəyişiklik olacaq və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən bununla bağlı yanvarın 15-dən sonra AŞPA-ya məktub göndəriləcək: “Bundan sonra nümayəndə heyətinin yeni tərkibinin kimlərdən ibarət olduğu açıqlanacaq. Hələlik onu deyə bilərəm ki, yeni tərkibində indiki ilə müqayisədə bir neçə dəyişiklik olacaq”.
  • Yazılıb
  • da (də) 2015 Dec 31
  • Göndərən مدير سايت Aran News