Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan haqda tənqidedici karikaturalar dərc edən jurnalın həbs edilən redaktoru sərbəst buraxılıb.
AranNews,Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanı tənqid etməklə gündəmə gələn “Nokta” jurnalının redaktoru Murat Çapan 57 gün sonra azadlığa buraxılıb. O, jurnalda dərc edilən yazılar və fotomontajlarla xalqı hökumətə qarşı qaldırmaqda günahlandırılırdı.
Qeyd edək ki, jurnal Fətullah Gülənin camaatına yaxınlığı ilə bilinir. Murat Çapan uzun illər Naxçıvanda fəaliyyət göstərən 3 liseyin gənəl müdiri olub. Liseylər bağlanadan sonra isə M.Çapan Ankaraya yollanıb.